Accessibility links

Almaniya çinli dissidentin müalicə olmaq üçün xaricə səfərinə icazə verilməsinə çağırır


Bazar ertəsi Almaniya Çini ölümcül xəstəliyi olan Nobel laureatl Liu Şiaobonun qaraciyər xərçənginin müaslicəsi üçün xaricə səfərinə icazə verməyə çağırıb. Bunan öncə Avropa İttifaqı və Birləşmiş Ştatlarda bənzər çağırışlar edib.

Çin isə dissidentin ölkəni tərk edə bilməyəcək qədər xəstə olduğunu iddia edir. Lakin bazar ertəsi Liunun dostu və siyasi dissident Hu Cia həftə sonu YouTube-da Liunun vəziyyətinn sabit olduğunu göstərən videonun yayıldığını deyib.

Tibbi ekspertlər Liunun müalicə planının rahat keçdiyini bildirir.

Honq-Konqda fəaliyyət göstərən İnsan Haqları və Demokratiya Mərkəzi adı çəkilməyən ailə üzvünü istinad edərək bildirib ki, Liunun fiziki qabiliyyətləri bərpa olunur və o artıq yeriyə bilir.

Liunun vəziyyəti və xaricə getmək istəyi ilə bağlı etibarlı və müstəqil məlumat almaq çətindir, çünki Liu və həyat yoldaşı Liu Şia dövlət orqanları tərəfindən dostları və mediadan uzaq tutulur.

Cütlük xaricə getmək istəklərini ictimai bir şəkildə dilə gətirməsə də, dostları onların bunu etmək istədiyini deyir.

Liu Şiaobo şair və insan haqları fəalıdır. O, 2008-ci ildə həbs olunub, “dövlət hakimiyyətinin dağılmasına səbəb olacaq təxribat aparmaq” ittihamı ilə 11 il müddətinə azadlıqdan məhrum edilmişdi. Çin rəsmiləri bu qanundan isitfadə edərək bir çox dissident susdurmağa çalışır.

O, Çində demokratik islahatlara çağıran 8-ci Fəsli yazdığına görə həbs olunub və 2010-cu ildə demokratiya və insan haqları uğrunda apardığı kampaniyaya görə Nobel mükafatına layiq görülüb.

Dünyaya Baxış

Dünyaya Baxış. Donald Tramp ABŞ-ın 47-ci prezidentidir
please wait

No media source currently available

0:00 0:11:09 0:00
XS
SM
MD
LG