Accessibility links

Çinli hüquq müdafiəçisi azadlığa buraxılıb


Şosial baxımdan məsuliyyətli vətəndaşlar şəbəkəsi yaradan çinli hüquq müdafiəçisi şənbə günü dörd illik həbs cəzasının bitməsinə qısa müddət qalmış bir vaxt azadlığa buraxılıb. Bu məlumatı onun vəkili paylaşıb.

Şu Jiyonq Yeni Vətəndaşlar Hərəkatının təsis olunmasında böyük rol oynayıb. O zamanlar hərəkat hər ay Çinin konstitusiyasını və digər hüquqi məsələləri müzakirə etmək üçün şam yeməkləri təşkil edirdi.

Janq Qinqfanq
Janq Qinqfanq

Şunun vəkili Janq Qinqfanq onun şənbə günü səhər Pekindəki həbsxanadan azadlığa buraxıldığını bildirib. O, Şunun səhhətinin yaxşı olduğunu deyib və heç bir əlavə məlumatla bölüşməyib.

Asayişi pozmaq

Şunun azadlığa buraxılmasına baxmayaraq, ona qarşı hər hansı bir məhdudiyyətin tətbiq olunub-olunmadığını müəyyən deyil. Adətən dövlət orqanları siyasi fəalları ev dustaqlığına məhkum edir ki, onlar ictimai çıxışlar etməsinlər.
Şu 2014-cü ilin yanvar ayında ictimai yerlərdə asayişi pozmaqda ittiham olunmuşdi. Fəallar bu qeyri-dəqiq ittihamdan hökümət tənqidçilərini həbs etmək üçün istifadə olunduğunu deyir.

Şunun 2013-cü ildəki həbsi qrupun vətəndaş haqlarından xəbərdar, korrupsiyadan tutmuş, bərabər hüquqlar və təhsilə qədər bir çox məsələdə daha böyük rəsmi cavabdehliyə çağıran sosial baxımdan məsuliyyətli bir ictimaiyyət yaratmaq səylərinə böyük zərbə endirib.​

Digərləri də həbs olunub

Şunun kampaniyası ölkə boyu insanları sosial məzələrləri müzakirə etmək üçün bir araya gəlib şam yeməyi yeməyə və bəzən də kiçik mitinqlər zamanı ictimai yerlərdə plakatlar sərgiləməyə təşviq etdiyinə görə hədəfə çevrilib.

Onun tərədarlarından bir neçəsi 2014-cü ildə həbs olunub. Bu isə Qərb hökümətləri və insan haqları qruplarının narahatlıqlarına səbəb olub. Amerikalı və avropalı diplomatlar onların məhkəmələrində iştirak etmək üçün müraciət etsələr də, onların cəhdləri baş tutmayıb.

Dissidentlərinhəindən artıq ağır adlandırdıqları bu hökmlər Çinin Kommunist Partiyasının siyasi müxalifətə qarşı sərgilədiyi sərt mövqeni əks etdirir.

XS
SM
MD
LG