Accessibility links

ABŞ konqresmeni Osventsim ölüm düşərgəsində çəkdiyi videoya görə tənqid edilir


Birləşmiş Ştatları Konqresinin qanunvericisi faşist Almaniyasının ölüm düşərgəsinin qaz kamerasında çəkdiyi Online videoya görə üzr istəyib.

Konqresin Milli Təhlükəsizlik Komitəsində Luiziana ştatını təmsil edən respublikaçı Kley Higgins keçən həftənin şənbə günü YouTube və özünün Facebook səhifəsinə yerləşdirdiyi videoya görə tənqidlərə məruz qalıb.

Videoda konqresmen Higginsin Osventsim ölüm düşərgəsində gəzdiyi və burada baş verən dəhşətləri təsvir etdiyi, bundan sonra isə Amerikanın milli təhlükəsizliyindən danışdığı göstərilib.

Kley Higginsin nümayiş etdirdiyi videoya cavab olaraq, Osventsim-Birkenau Memorialı Twitter səhifəsində "keçmiş qaz kamerası içərisində sükut olmalıdır, ora səhnə deyil" deyə, bildirib.

Çərşənbə günü etdiyi açıqlamasında Higgins heç kimə qarşı hörmətsizlik etməyi düşünmədiyini deyib.

Bu, Higginsin Facebook-da mübahisələrə səbəb olan ilk şərhi deyil. Keçən ay London körpüsündə həyata keçirilən terror hücumundan sonra da o, dünyanın İslam terroru ilə mübarizəyə qalxdığını və bütün terrorçuların hədəf alınaraq, öldürülməli olduğunu yazmışdı.


XS
SM
MD
LG