Accessibility links

Qlobal iqlim dəyişikliyi turistlərin bölgələrə marağını azaldır


Qlobal iqlim dəyişikliyi turistlərin bölgələrə marağını azaldır
please wait

No media source currently available

0:00 0:01:48 0:00

Qlobal iqlim dəyişikliyi turistlərin bölgələrə marağını azaldır

Qlobal iqlim dəyişikliyi dedikdə bizim daha çox ağlımıza kəskin hava şəraiti səbəbilə qasırğalar və quraqlıq gəlir. Lakin yeni araşdırmalara görə, kiçik daşqınlar belə fəlakətli olmasa da yerli sakinlərə böyük təsirləri ola bilər.

İqlim dəyişikliyi haqda düşündükdə insanların ağlına ilk olaraq, quraqlıq və qasırğa kimi ekstremal hava şəraiti gəlir.

Şübhəsiz ki, bu hadisələr planetin qlobal isinməsi ilə daha tez-tez baş verəcək.

Lakin Stenford universitetinin tədqiqatçılarının yeni araşdırması göstərir ki, kiçik daşqınlar belə sahilyanı icmalara təsir göstərir.

"Su sel kanalizasiyalarından keçələrə axır. Və bunun müxtəlif təsirləri olur. qısamüddətli daşqınların təsiri uzunmüddətli olmur”, Stenford universitetindən Ketrin Mah.

Tədqiqatçılar kiçik daşqınların sahilyanı icmalara təsirini araşdırmaq istəyib.

Onlar Merilənd ştatının turist məkanı Annapolis şəhərini seçib. Bura ildə təxminən 60 gün "yüksək sel dalğasına" məruz qalır. Bir az su belə turistlərin bura olan marağını azalda bilər.

"Məlum oldu ki, turistlərin 2 faizi daşqınlara görə bura gəlmir. Yəni, daşqın səbəbilə üç mindən çox turist buradakı obyektlərə gəlmir”, Stenford universitetindən Miyuki Hino deyir.

Havaların isinməsinə səbəb olan iqlim dəyişikliyi vəziyyətin daha da pisləşməsinə aparır. Bu isə daha az turist dolları deməkdir. Yaxşı xəbər odur ki, bu şəhərlər dəyişiklərin olacağını bilirlər.

"Bu tip seçimlər həqiqətən vacibdir, çünki bu əsrin axırlarında bir çox amerikalılar dəniz səviyyəsinin yüksəlməsi səbəbilə su basmaq potensialı ilə üzləşə bilər. Bu, bizim necə uyğunlaşa biləcəyimizi və hazırlayacağımıza dair yeni bir sərhəddir", Stenford universitetindən Ketrin Mah deyir.

Araşdırmalar bir çox amerikalı deyildikdə 4 – 13 milyona qədər insanın gələcək əsrdə dəniz səviyyəsinin yüksəlməsinin təsirlərinə məruz qalacağını nəzərdə tutur.

Bu, sistemin hopdura biləcəyindən dəfələrlə çoxdur.

Dünyaya Baxış

Dünyaya Baxış. "Meydan TV"nin jurnalisti həbsdə qaldı
please wait

No media source currently available

0:00 0:10:58 0:00
XS
SM
MD
LG