Accessibility links

Dövlət katibi Klinton Türkiyə təyyarəsinin vurulması ilə bağlı bəyanat verib



ABŞ Dövlət katibi Hillari Klinton Birləşmiş Ştatların Türkiyə hökumətinə dəstəyini ifadə edib və Türkiyə təayyarəsinin vurulması ilə bağlı insidentdə türk xalqı ilə bir olduğunu deyib. Dövlət katibi Türkiyənin F-4 döyüş təyyarəsinin Suriya qüvvələri tərəfindən iyunun 22-də vurulmasını Türkiyənin Xarici İşlər naziri Əhməd Davutoğlu ilə telefon söhbəti zamanı müzakirə edib.

Xanım Klinton açıqladığı bəyanatda bildirib ki, cənab Davutoğlu Suriya silahlı qüvvələrinin xəbərdarlıq etmədən təyyarəni vurması da daxil olmaqla insidentin detalları ilə bağlı onu məlumatlandırıb.

ABŞ dövlət katibinin sözlərinə görə, insident Suriya rəsmilərinin beynəlxalq normalara, habelə sülh və sabitlik prinsiplərinə tam etinasız münasibətini əks etdirir.

Dövlət katibi Klinton Birləşmiş Ştatların insidentlə bağlı təhqiqatın davam etdiyi və Təhlükəsizlik Şurasında müzakirə daxil olmaqla, Türkiyənin öz cavabını müəyyən etdiyi müddətdə Türkiyə rəsmiləri ilə yaxın əlaqə saxlayacağını deyib. “Biz Əsəd rejimini məsuliyyətə cəlb etmək üçün Türkiyə və digər tərəfdaş ölkələrlə birgə işi davam etdirəcəyik”-deyə Hillari Klintonun bəyanatında deyilir.

ABŞ Dövlət katibi Suriyada demokratik keçidin təmin olunması istiqamətində Türkiyə ilə yaxın əməkdaşlığın davam etdiriləcəyini və təyyarənin vurulması ilə bağlı insidentlə əlaqədar atılacaq sonrakı addımların Nyu-Yorkda Təhlükəsizlik Şurasında, Brüsseldə NATO və Avropa İttifaqı, habelə Cenevrədə xüsusi nümayəndə Kofi Annanla müzakirə ediləcəyini deyib.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG