Accessibility links

Klinton: Qəzzafinin hədələri NATO-nun Liviyadakı əməliyyatlarını dayandıra bilməyəcək


Klinton: Qəzzafinin hədələri NATO-nun Liviyadakı əməliyyatlarını dayandıra bilməyəcək
Klinton: Qəzzafinin hədələri NATO-nun Liviyadakı əməliyyatlarını dayandıra bilməyəcək

Liviya lideri Müəmmər Qəzzafi dünən belə bir hədə iləri sürmüşdü ki, alyans Liviyada hava hücumlarını dayandırmasa bunun nəticələri ilə üzləşməli olacaq. Bu arada Beynəlxalq Məhkəmə nümayişlər zamanı mülki əhalinin qətlini planlaşdırdıqları ittihamı ilə Qəzzafi, onun oğlu və Liviyanın kəşfiyyat idarəsinin sədrinin həbsi üçün qərar çıxardıb.

Bu gün İspaniyada səfərdə olan Birləşmiş Ştatların dövlət katibi Hillari Klinton Madriddə ispanyalı həmkarı ilə görüşündən sonra mətbuata açıqlama verib. O deyib ki, NATO Liviyadakı missiyasını yerinə yetirir və Qəzzafinin irəli sürdüyü hədələr bu missiyaya təsir etməyəcək.

Liviya lideri Müəmmər Qəzzafi dünən belə bir hədə iləri sürmüşdü ki, alyans Liviyada hava hücumlarını dayandırmasa bunun nəticələri ilə üzləşməli olacaq. Qəzzafi bu xəbərdarlığı Tripolidə minlərlə tərəfdarının toplaşdığı nümayiş zamanı yayılan səs-yazısında edib.

Liviya paytaxdı Qəzzafiyə sadiq qüvvələrin nəzarətindədir və həmin qüvvələr tez tez NATO-nun hava hücumlarının hədəfinə çevrilir.

Bazarertəsi günü Beynəlxalq Məhkəmə, aylarla davam edən nümayişlər zamanı mülki əhalinin qətlini planlaşdırdıqları ittihamı ilə Liviyanın ölkə başçısı Müəmmər Qəzzafi, onun oğlu və Liviyanın kəşfiyyat idarəsinin sədrinin həbsi üçün qərar çıxartmışdı. Qəddafinin oğlu Seif əl İslam isə dünən təkidlə bildirib ki, ne o nə də atası demokratiya tərəfdarı nümayişlər zamanı mülki əhalinin öldürülməsi barədə göstəriş verməyib.

XS
SM
MD
LG