Accessibility links

Cəmil Həsənli: Azərbaycanın müstəqilliyi dünya azərbaycanlılarının cazibə qüvvəsidir


Cəmil Həsənli: Azərbaycanın müstəqilliyi dünya azərbaycanlılarının cazibə qüvvəsidir
Cəmil Həsənli: Azərbaycanın müstəqilliyi dünya azərbaycanlılarının cazibə qüvvəsidir

Dünya Azərbaycanlılarının Həmrəylik Gününün qeyd edilməsi ideyasının müəllifi Azərbaycanın keçmiş prezidenti Əbülfəz Elçibəydir. O buna böyük önəm verirdi və Böyük Azərbaycan onun həyatının mənası idi

Bakı Dövlət Universitetinin doktoru Cəmil Həsənli 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibəti ilə “Amerikanın səsi” radiosuna müsahibə verib. Müsahibədə dünya ölkələrində yaşayan azərbaycanlılar arasında həmrəylik və bu istiqamətdə dövlət siyasətindən danışılır. Cənab Həsənli həmrəylik barədə danışarkən bildirib ki, “baxır kim nədə həmrəydir”.

Sual: Dünya Azərbaycanlılarının Həmrəylik Günü nə vaxtdan qeyd edilir? Bu günün tarixinə nəzər salmağınızı xahiş edirəm.

Cavab: Ötən əsrin 80-ci illərində Azərbaycanda milli azadlıq hərəkatı başladı və bu hərəkat azərbaycanlıaları həmrəy etdi. Azərbaycanda və ölkədən xaricdə yaşayan azərbaycanlıların hamısı milli azadlıq ideyası ətrafında birləşib mübarizəyə qoşuldu. Xüsusilə, Cənubi Azərbaycandan olan çoxsaylı millətdaşlarımız cəlayi vətən olmuşdu. Onlar Avropanın, Asiyanın müxtəlif ölkələrində, həmçinin Amerikada yaşayırlar. Azərbaycanın müstəqilliyini qazanması bu insanlar üçün bir cazibə qüvvəsinə çevrildi. Beləliklə, ürəyi Azərbaycan üçün döyünən insanların arzularını bir günlə bağlamaq üçün ötən əsrin 90-cı illərində 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü kimi qeyd edilməyə başladı. Bu ideyanın müəllifi Azərbaycanın keçmiş prezidenti Əbülfəz Elçibəy idi. O buna böyük önəm verirdi və Böyük Azərbaycan onun həyatının mənası idi. Bu günün təsis edilməsində də o, təşəbbüsçü kimi çıxış etdi.

31 dekabr həm də milad tarixi ilə köhnə ilin sonu, yeni ilin başlanğıcıdır. Bu gün bayram ovqatı var və insanlar bayramlaşmaq üçün bir - birinə baş çəkir. Əbülfəz Elçibəy 31 dekabrı Dünya Azərbycanlılarının Həmrəylik Günü elan etməklə bu günə həm də, bir milli çalar gətirdi.

Artıq həmrəylik gününün elan edilməsindən 20 il keçib. 31 Dekabr milli maraqlarımızın, problemlərimizin dünyada yaşayan bütün azərbaycanlıların milli məramlarına çevrilmıəsi üçün tarixi bir gündür.

Sual: Müstəqillikdən ötən 20 ildə Azərbaycanın daxilində və xaricində yaşayan azərbaycanlılar arasında həmrəylik yaranıbmı?

Cavab: Baxır kim nədə həmrəydir. Azərbaycanın təcavüzə məruz qalması və ərazi bütövlüyü məsələsində bütün azərbaycanlılar həmrəydir. Bu məsələdə harada yaşamasından asılı olmayaraq millətimiz həmrəydir. Ölkənin belə ağrılı məsələlərində ümümxalq rəyinin yekdil olması əhəmiyyətli addımdır.

Bununla yanaşı, ictimai-siyasi həyatın bütün məsələrində insanların eyni fikir ətrafında həmrəy olması mümkün deyil. İnsan haqları, demokratik institutların oturuşması, siyasi islahatlar, bütün seçki prosesi ilı bağlı məsələlərdə hələ ki, millətdaşlarımızın eyni mövqedən çıxış etdiyini demək olmaz. Bu istiqamətdə kifayət qədər mübahisəli məqamlar var. Ümumiyyətlə, bu məsələlərdə həmrəylik indiki anda mümükün də deyil.

Sual: Həmrəyliklə bağlı dövlət siyasətinə münasibətiniz necədir?

Cavab: Bu istiqamətdə dövlət iş aparır. Xüsusilə, son illərdə Xaricdə Yaşayan Soydaşlarla İş üzrə Dövlət Komitəsi bu sahədə işlər görür. Dünya Azərbaycanlılarının qurultaylarının keçirilməsi, Dünya Azərbaycanlıları Konqresinin yaranması və fəaliyyəti uğurlu addımlardır. Bütün bunları mütərrəqi meyllər kimi müsbət qiymətləndirirəm.

Amma, hakimiyyət xaricdə yaşayan azərbaycanlıları mənəvi dəyərlər, demokratik dəyərlər, ölkənin ciddi sosial - siyasi problemləri ətrafında birləşdirməkdən daha çox, özünün ətrafında birləşdirməytə cəhd göstərir. Bu isə şübhəsiz özünü müəyyən uğursuz məqamılarla, neqativ meyylərin üzə çıxması ilə büruzə verir. Ona görə də, hakimiyyətin fəaliyyətini bu istiqamətdə birmənalı müsbət qiymətləndirmək olmaz. Məsələn, xaricdə 10 mindən çox azərbaycanlı tələbə oxuyur. Bu insanların böyük hissəsi Azərbaycana yalnız əmək haqqının aşağı olmasına görə deyil, həm də Azərbaycanda qərbdə formalaşmış mühiti tapa bilmədiklərinə görə gəlmir.

XS
SM
MD
LG