Accessibility links

Venezuela prezidenti Hüqo Çavezin reytinqi 45 faizə enib


Ni-ni və ya Heç-biri kimi adlandırılan bir qrup adamlar prezidentə və müxalifətə eyni gözlə baxırlar

Venezuela prezidenti Huqo Çavezin siyasi hakimiyyət üzərində az qala monopolyası gələn həftə keçiriləcək parlament seçkilərində ciddi sınaqla üzləşir. Hal hazırda bir ovuc qanunverici istisna olmaqla əksər qanunveicilər cənab Çavezə sadiqdirlər. Cənubi Amerikada ən bölücü fiqur sayılan Huqo Çavezin adı çəkilən hər bir yerdə güclü rezonans yaranır. Müxbirimizin söhbət etdiyi bir təqaüdçü 1998-ci ildə cənab Çavezə səs verib və bundan sonra heç zaman ona səs verməyəcəyini bildirib. O deyir ki, " Mən Çavezə ona görə səs vermişdim ki, o cavan və yoxsul köklərdən idi. Mən düşünürdüm ki, o ölkəni irəliyə doğru aparacaq. İndi isə düşünürəm ki, bu hökümət ən pisidir, əgər onlar məni mənim sözlərimə görə həbs eləmək istəyirlərsə qoy eləsinlər. Ən çox şikayətlər bunlardır: inflyasiya, işsizlik, ərzaq çatışmazlığı və artmaqda olan cinayətlər. Hökumət pulu ilə yeni ictimayi xidmətlər və inkişaf layihələri gətirən Karakasın kasıb hissəsində başqa dəyişiklik baş verir. Çavez leyhinə təqaüdçü: "Mən və mənim ailəm prezidentin sayəsində xilas olmuşuq. Nə qədər ki, o oradadır, mən ona səs verəcəm. Nə qədər ki, mən sağam mən öz prezidentimi dəstəkləyəcəm."

Rəy sorğusu keçirən Venezuellalı Luiz Visente Lion bildirir ki, cənab Çavezin reytinqi bir neçə il bundan əvvəlki 65 faizdən bu gün 45 faizə enib. Luiz Visente Lion: "45 faiz dəstək, bu 11 il hakimiyətdə qalmış və böyük problemləri həll etməmiş lider üçün qiyamət rəqəmdir. Buna baxmayaraq əgər biz Çavezin əleyhinə səs vermək isitəyən venezuellalıların sayına baxsaq görərik ki, onların sayı artıb. Onlar müxalifət tərəftarları deyil, onlar Çavezi cəzalandırmaq istəyənlərdir."

Prezident istədiyi kimi isitifadə edəcək geniş neft gəliri də daxil olmaqla böyük kampaniya fonduna malikdir. Luiz Visente Lion: "Müxalifət Çavezə qarşı ekstremal zəif mövqedən mübarizə aparir. Bu siyasi azlıqıarın hüquqları müdafiə oluna bilən və ya ictimayi sərvət siyasi kampaniyadan kənar saxlanılan şərti demokratiya deyil. Prezidentin siyasi partiyası dövlətin bütün pulunu mənimsəyib.11 il tutduğu vəzifədə qaldıqdan sonra prezident Çavez bir çox gənc venezuellalının xatırladığı yeganə prezidentdir."

Söhbət etdiyimiz cavan bir Venezuellalı deyir ki, " Az yaşlı vaxtımdan bu günə qədər mən yalnız Çavezi tanımışam. Müxalifət liderlik etməyi və ictimayət qarşısında çıxış etməyi bacarmır."

Rəy sorğusu göstərir ki, kəskin siyasi iqlim bir çox venezuelalını prosesdən soyudub. Ni-ni və ya Heç-biri kimi adlandırılan bi qrup adam prezidentə və müxalifətə eyni gözlə baxırlar. Onların səs verib verməmələri və necə səs vermələri parlamentin tərkibini müəyyən edəcək. Bu eyni zamanda cənab Çavezin hökmranlıq etdiyi Venezuela siyasi landşaftının davamlılığına təsir göstərə bilər.

XS
SM
MD
LG