Accessibility links

Cənubi Koreya prezidenti Şimali Koreya ilə yeni birləşmə planı təklif edib


Bu gün Koreya yarımadasının Yaponiya müstəmləkəsindən azad olmasının 65-ci ili tamam olur

Cənubi Koreya prezidenti Şimali Koreya ilə yeni birləşmə planı təklif edib və deyib ki, birləşmə mütləq baş tutacaq. Koreya yarımadasının Yaponiya müstəmləkəsindən azad olmasının 65-ci ildönümü münasibətilə televiziya çıxışı zamanı prezident Li Myunq Bak Şimalla birləşmə istiqamətində addım atmağın zamanı yetişdiyini bildirib. Cənab Li “Birləşmə vergi”si də daxil olmaqla 3 mərhələli planın detallarını açıqlayıb. O deyib ki, sülh içərisində yaşamaq iqtisadi əməkdaşlığa, daha sonra isə bir xalqın birlik şəklində yaşamasına yol açacaq. Cənab Li 100 il əvvəl Yaponiyanın Koreyanı işğal etməsi barədə Tokyonun son üzrxahlığını vurğulayıb. O deyib ki, Yaponiya baş naziri Naoto Kanın sözləri irəliyə doğru addım üçün müsbət işarədir, ancaq bundan artıq bir şey deyil.

XS
SM
MD
LG