Accessibility links

Co Bayden ənənəvi olaraq Respublikaçıları dəstəkləyən Corciya ştatının qalibi elan olundu


Co Bayden təxminən 30 ildir prezident seçkilərində yalnız Respublikaçıları dəstəkləyən cənub ştatı Corciyada qələbə çalıb.

Associated Press (AP) agentliyi Corciya ştatının rəsmiləri 5 milyona yaxın bülletenin əllə sayılmasından sonra keçmiş vitse prezident Co Baydenin təxminən 12 min səs çoxluğu ilə Donald Trampı məğlub edərək ştatda qalib gəldiyini və nəticədə 16 elektoral səsi əldə etdiyini açıqlayıb.

The AP Baydenin seçkiləri qazanmaq üçün tələb olunan minimum 270 elektoral səsi əldə etməsindən sonra Co Baydenin prezidentliyə seçildiyini elan etmişdi. Corciyadakı qələbə ilə Demokratların elektoral səsi 306-a qədər yüksəlmiş oldu.

Bülletenlərin əllə sayılması bu həftə sona çatıb. Baxmayaraq ki, əllə sayılma ştat qanunlarında yox idi, dövlət katibi Brad Raffensperger yeni ştat qanuna əsasən səslərin yenidən hesablanmasına qərar verib. Yeni qanunda səs vermə aparatlarının səsləri doğru hesabladığını təsdiq etmək üçün əllə yoxlanılmasının lazım olduğu bildirilir. İkinci hesablama zamanı təxmin bir neçə min bülletenin ilk dəfə sayılmadığı aşkarlansa da, bu səslər Baydenin qələbəsinə təsir edəcək qədər sayda olmayıb.

Tramp və müttəfiqləri heç bir sübut olmadan Corciya ştatında seçkilərin geniş şəkildə saxtakarlıqlaşdırıldığını iddia etməsindən sonra Raffensperger-in səsvermənin ədalətli və etibarlı olduğunu israr etməsi Respublikaçılar arasında qarşıdurmaya səbəb olub.

1992-ci ildə Bill Klintonun prezident seçkisini qazanmasından bəri Corciya ştatında heç bir Demokrat namizəd qalib gəlməmişdi.

Demokratların uzun sürən məğlubiyyətlərinə baxmayaraq, bir çox analitik Corciya ştatının 2020-ci il seçkilərində əsas mübarizə meydanı olacağını proqnozlaşdırdı. Buna səbəb isə ağ olmayan seçicilərin sayının artması ilə Respublikaçıların Atlanta ətrafındakı ərazilərdəki üstünlüyünün azalması olub.

Hazırki prezident Donald Tramp dörd il əvvəl Corciya ştatında kampaniya aparmadan belə rəqibi Hillari Klinton üzərində qələbə qazanmışdı. Lakin bu il Trampın ştatda hətta seçki günündən əvvəlki həftə sonu böyük təşviqat kampaniyası təşkil etməsi belə ona kömək olmadı.

Dünyaya Baxış

Dünyaya Baxış. ABŞ Rusiyaya qarşı sanksiyaları sərtləşdirir
please wait

No media source currently available

0:00 0:12:05 0:00

Amerika İcmalı

Amerika İcmalı. Azərbaycan-Ermənistan sülh prosesi. ABŞ-Ukrayna danışıqları.
please wait

No media source currently available

0:00 0:25:08 0:00
XS
SM
MD
LG