Accessibility links

Co Bayden: "Atəşkəsin pozulmasından dərin narahatam"


ABŞ-da prezidentliyə Demokrat namizəd Co Bayden Azərbaycan və Ermənistan qüvvələri arasında 10 oktyabr atəşkəs razılaşmasının pozulmasından narahatlığını ifadə edib. Sabiq vitse-prezident Tramp administrasiyasını eskalasiya dönəmində “passivlik” göstərməkdə ittiham edib.

“Nə Prezident Tramp, nə də Dövlət Katibi Pompeo Ermənistan və Azərbaycan liderlərinə bir dəfə də olsun telefon zəngi etməyiblər,” Bayden bildirib.
Onun sözlərin görə, diplomatiyanı Moskvanın öhdəsinə buraxmaqdansa, Avropa tərəfşdaşları ilə birgə işləyərək Vaşinqton de-eskalasiya istiqamətində səy göstərməli və tərəflərin danışıqları masasına qayıtmasına çalışmalıdır.

Çərşənbə günü verdiyi bəyanatda ABŞ Dövlət Katibi Maykl Pompeo tərəfləri atəşkəsə çağıraraq mülki vətəndaş obyektlərinin hədəf alınmasını dayandırmağa çağırıb.

“Birləşmiş Ştatlar Azərbaycanı və Ermənistanı razılaşdırılmış atəşkəsə müvafiq öhdəliklərini yerinə yetirməyə və Gəncə və Stepanaket kimi mülki əhali yaşayan zonaları hədəf almağı dayandırmağa çağırır. Biz insan həyatı itkilərini qınayırıq və dinc həll yoluna sadiq qalırıq,” Pompeo bildirib.

ATƏT-in Minsk Qrupunun həmsədr ölkəsi qismində ABŞ dəfələrlə Azərbaycan və Ermənistanı döyüşləri dayandırmağa çağırıb.

Sentyabrın 28-də Prezident Donald Tramp da münaqişənin dayanması üçün səy göstərəcəyini bəyan edib.

Co Bayden döyüşlərin dayandırılması üçün bir sıra təkliflərlə çıxış edib.

“Tramp Administrasiyası Azərbaycana deməlidir ki, onun konflikti hərbi yolla həll etmək səylərinə dözməyəcək. Ermənistana aydın etməlidir ki, Dağlıq Qarabağ ətrafındakı reionlar qeyri-müəyyən müddətə işğal altında qala bilməz və atəşkəs əldə olunan kimi konfliktin dayanıqlı həlli üçün inandırıcı danışıqlar başlanmalıdır,” Bayden bildirib.

O, Vaşinqtonu Ankara ilə isti münasibətlərə son qoymağa, Türiyə və İranın münaqişədən kənar saxlanılmasına çağırıb.

Dünyaya Baxış

Dünyaya Baxış. ABŞ Rusiyaya qarşı sanksiyaları sərtləşdirir
please wait

No media source currently available

0:00 0:12:05 0:00

Amerika İcmalı

Amerika İcmalı. Azərbaycan-Ermənistan sülh prosesi. ABŞ-Ukrayna danışıqları.
please wait

No media source currently available

0:00 0:25:08 0:00
XS
SM
MD
LG