Accessibility links

Co Bayden Israildə səfərdədir


Bu ay Vaşinqtonda baş tutması nəzərdə tutulan görüşün təxirə salınması ilə iki müttəfiq arasında gərgin münasibətlər yaranmasına baxmayaraq, ABŞ-ın vitse-prezidenti Co Bayden çərşənbə axşamı İsrail liderləri ilə görüşmək üçün Tel-Əvivə yola düşüb.

İsrail baş naziri Benyamin Netanyahu
İsrail baş naziri Benyamin Netanyahu

İsrailin baş naziri Benyamin Netanyahunun ofisi bildirib ki, baş nazir ABŞ prezidenti Barak Obama ilə Ağ Evdə görüşdən imtina edib, çünki Netanyahu ABŞ-dakı ilkin seçkilərə müdaxilə etmək istəmir.

Ancaq Obama seçkilərdə iştirak etmir və gələn ilin yanvar ayınadək vəzifəsini icra etməyə davam edəcək.

Bazar ertəsi Ağ Ev İsrailin görüşü martın 17-si və ya 18-nə təyin etmək istədiyini və Obama administraiyasının buna razı olduğunu bildirib. Lakin İsrail iddia edir ki, onlar ABŞ rəsmilərinə Netanyahunun səfərinin təxirə salındığı barədə əvvəlcədən xəbərdarlıq verib.

Bayden İsrailə fələsinlilər və İsrail hakimiyyət orqanları arasında çıxan yeni qarşıdurma ərəfəsində gedib. Fələstinli hücumçular Qüds və Tel Əvivdə polis zabitləri və mülki şəxsləri bıçaqlayıb və güllələyiblər. Bu, beş aydır davam edən və bir neçə nəfərin ölümünə səbəbə olan toqquşmlardan ən sonuncusudur. Ölənlərdən birinin amerikalı turist olduğu müəyyən edilib.

ABŞ prezidenti Barak Obama və İsrail baş naziri Benyamin Netanyahu Ağ Evdə keçirilən görüş zamanı. 9 noyabr 2015
ABŞ prezidenti Barak Obama və İsrail baş naziri Benyamin Netanyahu Ağ Evdə keçirilən görüş zamanı. 9 noyabr 2015

Obama prezidentlik müddəti başa çatana qədər heç bir hərtərəfli İsrail-Fələstin razılığının əldə olunmayacağını düşünür.

Bayden çərçənbə axşamı İsrailin sabiq prezidenti Şimon Perez, çərşənbə günü isə baş nazir Netanyahu ilə görüşəcək.

Ağ Ev isə öncədən vitse-prezidentin heç bir sülh təşəbbüsü ilə çıxış etməcəyinə aydınlıq gətirib.

Bayden və Netanyahunun ABŞ-ın İsrailə müdafiə sahəsində yeni 10 illik yardım paketini müzakirə edəcəyi gözlənilir.

XS
SM
MD
LG