Accessibility links

Co Bayden iti ilə oynayarkən ayağını sındırıb


Uzun illər ərzində Ağ Evdəki ev heyvanlarının da özünəməxsus rolları olub - onlar oradakı sakinləri bir az da xeyirxah edib.

Yeni seçilmiş prezident Co Baydenin iti Meycor bu vəzifəni bir az aşmış ola bilər. Şənbə günü Bayden 2 yaşlı alman çoban iti ilə oynayarkən sürüşüb.

Bazar günü Baydenin ayağında iki sümüyün sındığı bildirilib və çox güman ki, yaxın bir neçə həftə ərzində o, ayağına xüsusi tibbi çəkmə geyinməli olacaq. Bu barədə junalistlərə açıqlamanı Corc Vaşinqton Universitetinin Tibb Fakültəsi Assosiasiyasının icraçı direktoru Kevin Okonnor verib.

Biden Meycoru 2018-ci ildə, digər iti Çampı isə 2008-ci ildə, prezident seçkilərindən az sonra götürüb. Çamp da bir alman çoban itidir.

Baydenlər hər iki köpəyi özləri ilə Ağ Evə gətirməyi planlaşdırdıqlarını deyib. Deyilənə görə ailə bir pişik də götürmək istəyir.

“Evdə heyvanların olmasını sevirəm” - deyə, Cill Biden bu ilin əvvəlində Washington Fox 5-ə müsahibəsi zamanı bildirmişdi.

Hər kəs Ağ Evdə heyvana ehtiyac duymur.

Prezident Trampın vəzifədə olduğu müddətdə Ağ Evdə heç bir ev heyvanı olmayıb. O, təxminən 100 ildə Ağ Evdə heyvanları olmayan ilk prezidentdir.

Prezidentlərin ev heyvanları saxlaması çoxdankı bir ənənədir. Prezident Barak Obamanın Bo və Sunny adlı iki Portuqaliya iti var idi. Prezident Corc Bus səkkiz illik rəhbərliyi dövründə atasının Spot adlı itinin balası Milli İndia adlı pişiyi də var idi.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG