ABŞ-ın vitse prezidenti Co Baydenin Demokratlar tərəfindən prezidentliyə namizədliyinin irəli sürəcəyi gözlənilir. Onun Respublikaçı rəqibləri, habelə Demokratlar bu siyasətçinin yarışa daxil olmasını xoş qarşılasalar da, onu ciddi bir rəqib kimi görürlər. Respublikaçılar tərəfindən milyarder Donald Tramp siyasi gündəmi müəyyən etməyə davam edir, sabiq Florida qubernatoru Ceb Buş isə ona yetişməyə çalışır.
O, Demokratlar tərəfindən vahid namizəd kimi göstərilə bilər. Bununla belə o, yarışa şansı az olan bir namizəd kimi daxil olacaqLindsey Qraham
Ötən bazar ertəsi Co Bayden prezident Barak Obama ilə, ondan öncə isə Massaçusets ştatının liberal senatoru Elizabet Uarrenlə görüşüb. Onların görüşləri Baydenin oktyabr ayında, Demokratların prezident debatları başlamadan öncə, namizədliyini iləri sürüləcəyinin göstəricisi kimi şərh olunub.
O, partiyanın öndə gedən namizədi, sabiq dövlət katibi Hillari Klinton və Vermont senatoru Berni Sandersə yetişməli olacaq.
Rəy sorğuları Demokrat seçicilər arasında Sandersə dəstəyin artdığını və hətta həlledici şimal-şərq Nyu-Hempşir ştatında Hillari Klintona üstün gəldiyini göstərir. Respublikaçı namizəd Lindsey Qraham deyir ki, əgər Bayden namizədliyini irəli sürmək istəyirsə, indi bunun üçün ən yaxşı zamandır.
Vaşinqtonda fəaliyyət göstərən təhlilçi Stüart Rozenberq deyir ki, hazırkı rəy sorğularına baxmayaraq, Bayden Klinton üçün Sandersdən daha güclü rəqib ola bilər.
“O, Demokratlar tərəfindən vahid namizəd kimi göstərilə bilər. Bununla belə o, yarışa şansı az olan bir namizəd kimi daxil olacaq. Həqiqət budur ki, mətbuatda, eləcə də Demokratlar və Respublikaçıların partiyasından sabiq dövlət katibi Klintonu tənqid edənlər Demokratlar Partiyasının əsas dəyərlərini təmsil etmirlər. Onların Klintondan xoşları gəlir, onunla razılaşırlar, onlar düşünür ki, Kliton onların dəyərləri və görüşlərini təmsil edir.”
Təhlilçilər həmçinin Donald Trampın rəy sorğularında Respublikaçılar tərəfindən irəlidə getməsinə baxmayaraq, onu prezidentliyə ciddi namizəd kimi qəbul etmirlər.
Onların Klintondan xoşları gəlir, onunla razılaşırlar, onlar düşünür ki, Kliton onların dəyərləri və görüşlərini təmsil edir
“Bu elə bil sirkdir, ya da Las Veqas. Bu həmçinin realiti şou kimidir, nəyinki həqiqi siyasət.”
Sirk olsa da, olmasa da Trampın qanunsuz mühacirətə son qoymaq çağırışları bir çox amerikalıda rezonans yaradır. Onun əsas rəqibi Ceb Buş da bunu danmır. Sabiq Florida qubernatoru ötən həftə ABŞ-Meksika sərhədinə səfər edib. Ondan bir həftə öncə isə Tramp da buna bənzər səfər edib.