Accessibility links

Kokos - Yeni ərzaq trendi [Video]


Kokos - Yeni ərzaq trendi
please wait

No media source currently available

0:00 0:01:55 0:00

Amerikalıların çoxu sağlam ərzaq və məhsulların istehlakına maraq göstərir. Pərakəndə satış mərkəzləri hazırda yeni məhsullar və ya bazarda olan məhsulların yeni yollarla satışına səy göstərir. Amerikanın ərzaq bazarlarında kokos qozu indi ən yeni tendensiyadır.

Kokos qozü illərdir bazarlardadır. Lakin son illər supermarketlərin piştaxtalarında kokos qozunun yağı və suyunu görmək olur. 2017-ci ildə koso qozu tendensiyasının artımına iazahat var. Dietoloq Eliza Gudman: "O, həzm sistemini gücləndirir. Anti-virus, anti-bakteriya və anti-göbələk xüsusisyyətlərinə malik olmaqla yanaşı, immun siteminə çox xeyirlidir. Kokos ürəyin də dərmanıdır. O, həm də sidir yolları infeksiyasın, böyrək xəstəliklərinin çəkinin nəzarətində də xeyirlidir. Bu məhsulun sağlamlığa xeyri sonsuzdur. "

Kokos qozunun daha nə kimi mənfəti var? “Kokos yağından kosmetik məhsullarda istifadə edilir. Kokosun yumşaq hissəsi una, çipslərə, süd və Yağlara əlavə edilir" deyə, " Whole Foods"un sözçüsü Cannet Rizk bildirir. Bu isə kokosa əsaslanan bizneslərin artımı deməkdir.

Floridada yerləşən Conscious Coconut şirkəti kokos yağı istehsal edir və hazırda 650 mağazaya məhsullarını satır. Şirkətin icraçı direktoru daniell Kont məhsullarını "LA Hədiyyə və ev marketi" sərgisində nümayiş etdirir.

Koso yağının xeyrinə dair kifayət qədər araşdırma aparılmayıb. Digər yağlı bitkilərdən fərqli olaraq kokosda ürək xəstəəliklərinə yol açan doymuş yağlar yoxdur. Yaxşı xolestirini qaldırmaqla yanaşı kokos pis xolistirini də yüksəldir. Bu da ürək xəstəliklərinə yol aça bilər. Amma kokosu təbliğ edənlər ziyanlarını inkar edir. Bu isə öz növbəsində alıcı və pulun cəlb edilməsi deməkdir.

XS
SM
MD
LG