Accessibility links

Yeni araşdırmalar qəhvənin müsbət təsirlərini aşkar edib [Video]


Yeni araşdırmalar qəhvənin müsbət təsirlərini aşkar edib
please wait

No media source currently available

0:00 0:02:18 0:00

Qəhvənin sağlamlıq üçün xeyirli olduğunu əvvəllər də məlum idi. Lakin yeni araşdırmaların nəticələri bunu bir daha təsdiq edib.

Qəhvənin dünya boyu malik olduğu təsirinin ən yaxşı göstəricisini bu yaxınlarda Çinin paytaxtı Pekində 2 min 700 kv. metr sahəsi və 400-dən çox işçisi olan dünya səviyyəli Starbucks kafesində müşahidə olunub.

Bu kafenin populyarlığı təkcə qəhvənin sağlamlığa faydaları ilə bağlı deyil. Yeni araşdırma qəhvənin xeyrinin şəksiz olduğunu göstərir. Southampton universitetinin alimi Robin Pol: “Qəhvə ölümə səbəb olan bir çox xəstəliklərin qarşısını alır, ürək-damar və iflic kimi xəstəliklərin riskini azaldır. Ona görə də gündə 3 və ya 4 fincan qəhvə içmək məsləhət görülür.”

Bundan əvvəl qəhvənin təsirləri ilə bağlı aparılan 201 araşdırmanı bir də nəzərdən keçirən Southampton universitetinin alimləri belə bir qənaətə gəliblər ki, qəhvə diabet, qara ciyər xəstəliyi, skleroz, hətta xərçəng riskini azaldır. Yeganə istisna sümük xəstəlikləri olan hamilə qadınladır.

Alimlər deyirlər ki, araşdırmalar yalnız qəhvənin özü üzərində aparılıb, onunla istifadə edilən məhsullar üzərində deyil. “Bu, şəkər, sirop, biskvit və digər şirniyyata aid deyil. Və biz qəhvə içən insanlara qəti şəkildə bildirmək istəyirik ki, gün ərzində 3-4 fincan qəhvə içənlərə nuş olsun. Amma bunun sağlamlığınıza təsirinin mümkün qədər müsbət olmasını da tövsiyə edirik. Belə ki, hazırkı sağlamlıq standartları başqa şeyləri nəzərdə tutur.”

Ən sevindirici hal isə qəhvənin qara ciyər xəstəliklərinə müsbət təsiridir və alimlər serroz xəstəliyinin müalicəsində qəhvədən istifadə məqsədilə araşdırmalar aparmağı planlaşdırır.

Lakin bəzi qəhvə həvəskarları onu ətrafda heyvan olan yerlərdə içməklə daha çox mənfəət əldə edə bilər. Biznes üzrə psixoloq Honi Lankaster Ceyns: “Heyvanlar yalnız sağlamlığa deyil, ümumi rifaha da müsbət təsir göstərir. Belə ki, əgər sizin kiçik biznesiniz varsa, məsələn, it sevən müştərilər oraya gələcək.”

Şəxsi kafe sahiblərinin fikrincə, kafedə heyvanlar varsa, bu, biznesə müsbət təsir göstərə bilər.

Amerika İcmalı

Amerika İcmalı - 11 Sentyabr hücumlarının 20-ci ildönümü
please wait

No media source currently available

0:00 0:30:02 0:00
XS
SM
MD
LG