Accessibility links

“Chouquette” - Amerikanın məşhur şokolad şirkəti


“Chouquette” - Amerikanın məşhur şokolad şirkəti
please wait

No media source currently available

0:00 0:02:23 0:00

Sara Duayer bankdakı gəlirli işini buraxıb bir il Fransada yaşadıqdan sonra bunun ona uşaqlıq arzusunu həyata keçirməyə bir imkan olduğunu düşünməmişdi. Təxminən 10 il sonra şokoladları ilə məşhur olan bu amerikalı sahibkar sevincini həm işçiləri, həm də müştəriləri ilə paylaşır.

Sara Duayer şokoladı həmişə sevib. Əsasən də karamelli şokoladı. “Mən uşaq olanda karamelli şokolad tapmaq üçün qutudakı bütün şokoladları açırdım. Buna görə də öz şirkətimi açdıqda yalnız karamelli şokolad istehsal etməyə başladım” - deyə, o bildirir.

"Chouquette" - “Çokett” adlı bu şirkətdə Duayer və onun komandası on ilə yaxındır karamelli şokoladları əllə hazırlayırlar. Uşaqlıq arzusunu həyata keçirmək qərarına o, 2009-cu ildə Fransada bir il yaşadığı və Parisdəki “Cordon Blue” kulinariya məktəbinə daxil olduğu zaman gəlib. “Günlərin birində mən krosandan tutmuş Şoketə qədər, bütün şirniyyat məmulatlarını hazırlamağa başladım. Mən bu sənəti sevdim. Və mən belə qərara gəldim ki, Amerikada karamellə örtülmüş şokoladı hazırlayan yoxdur və bunu mən edəcəyəm.”

Duayer yüksək keyfiyyətli şokoladı Kaliforniyadakı təchizatçıdan alır, təbii şəkərdən, Madaqaskardan vanilin dənələri, Fransadan yağ və dəniz duzundan istifadə edir. “Ən yaxşı şokolad bütün bu inqridiyentlərdən istifadə edilərək hazırlanır.”

O, 16 dadda caramel hazırlayır. Onların hər birinin öz dizaynı var. Onun şirniyyatları Amerikanın 200 mağazasında və online vasitəsilə satır. Saranın ən çox sevilən şokoladları Vaşinqtonun məşhur yerlərinin şəkilləri olan şokoladlardır. “Biz Vaşinqton mahalında olan 5 abidəni seçdik və onların təsvirlərini şokoladın üzərinə yerləşdirdik” - deyə, Sara Duayer bildirir.

Digər ən çox tələb olunan şokolad Amerika qadınına həsr olunmuş “Fenomenal qadın” mövzusundakı şokoladdır. “Hər kəs Opranı sevir və biz şokoladlarımıza “Opra ilhamı”, “Serena kimi qələbə çal”, “Mişel kimi yüksəl” kimi adlar veririk.”

Sara Duayerin müştəriləri ən yüksək səviyyəli mehmanxanlardan tutmuş, əsas hava limanları və yerli mağazalara qədər hər yerdə var. Lakin hazırladığı şokoladların kimlər tərəfindən alındığından asılı olmayaraq, Sara başqa bir iş görə biləcəyini təsəvvür etmədiyini deyir. “Şokolad, karamel və dizayn, lakin bunları bir araya gətirəndə qeyri-adi bir şey əmələ gəlir.”

Dünyaya Baxış

Dünyaya Baxış. ABŞ Rusiyaya qarşı sanksiyaları sərtləşdirir
please wait

No media source currently available

0:00 0:12:05 0:00

Amerika İcmalı

Amerika İcmalı. Azərbaycan-Ermənistan sülh prosesi. ABŞ-Ukrayna danışıqları.
please wait

No media source currently available

0:00 0:25:08 0:00
XS
SM
MD
LG