Accessibility links

Kolumbiya polisi Kartagenanın gəmiqayırma limanlarında azı 6 nəfərin ölümü, 22 nəfərin yaralanması ilə nəticələnən iki partlayışla bağlı təhqiqat aparır.

Çərşənbə günü biri-birindən 6 km məsafədə yerləşən sənaye müəssisələrindəki partlayışların arası cəmi 30 dəqiqə çəkib. Xəsarət alanlardan bəzilərinin ciddi yanıqlar aldığı deyilir.

Birinci partlayışın Kolumbiya Müdafiə Nazirliyinə aid gəminin içərisində, ikincisinin isə Birləşmiş Ştatlara məxsus Astivik gəmiqayırma limanında baş verdiyi deyilir.

Rəsmilər təhqiqat zamanı diqqət mərkəzində həm partlayışların səbəblərinin, həm də kimlərin məsuliyyət daşıdıqlarının olacağını bildirib.

Hadisələrin baş verdiyi Karib sahillərindəki gəmiqayırma müəssisələri Kartagenanın turistlərin istirahət mərkəzindən, eləcə də UNESCO-nun Tarixi Abidələr Siyahısına daxil olan köhnə şəhərdən 15 km-lik məsafədə yerləşir.

XS
SM
MD
LG