Rəsmilər ABŞ-ın Kolorado ştatında keçmiş qızıl mədənində liftin sıradan çıxması nəticəsində 6 saat qapalı qalan 12 nəfərin xilas edildiyini bildirib. Hadisə nəticəsində bir nəfər ölüb.
Teller mahalının şerifi Ceyson Maykselin bildirdiyinə görə, lift məşhur turist məkanı olan "Molly Catlin Mine"-nin dərinliyinə enərkən səthdən təxminən 150 metr dərinlikdə mexaniki nasazlıq baş verib və bu, sərnişinləri "ciddi təhlükə" qarşısında qoyub, liftdə olan bir nəfər ölüb.
Mayksel 12 nəfərin təqribən 305 metr dərinlikdə ilişib qaldığını, lakin onların suya çıxışı olduğunu və havanın keyfiyyətinin yaxşı olduğunu deyib. Maykselin dediyinə görə, insanlar xilasediciləri gözləyərkən rəsmilərlə radio-ötürücülər vasitəsilə əlaqə saxlayib.
Mayksel rəsmilər hələ nasazlığın nədən qaynaqlandığını bilmədiyini və araşdırmaya başladıqlarını bildirib. Lifti təmir etmək mümkün olmadıqda xilasedicilər insanları kəndirlərdən istifadə edərək, xilas etməyə hazır olub.
İnsident mədənin istismarının son həftəsi baş verib. Bundan sonra onun qış mövsümündə ictimaiyyətə bağlanması planlaşdırılıb.
Qəza zamanı liftlə enən 11 nəfərdən 4-ü yüngül bədən xəsarətləri alıb.
Forum