Accessibility links

Kolumbiyada bərə qəzaya uğrayıb


Kolumbiya rəsmilərinin bildirdiyinə görə, bazar günü məşhur turist şəhəri Medellinin yaxınlığındakı Penol-Quatape su anbarında dördmərtəbəli bərənin devrilməsi nəticəsində azı 6 nəfər ölüb, 31 nəfər itkin düşüb.

Qəza zamanı El-Almirante bərəsində 170 nəfrə qədər insanın olduğu güman edilir.

Bərə batarkən insanlar idman qayıqları və jet skilərin yardımı ilə xilas edilib.

Antiokia vilayəti fövqəladə hallar idarəsinin başçısı Marqarita Monkada müxbirlərə gəmi batarkən 99 nəfərin xilas edildiyini, 40 nəfərin isə özlərinin üzüb çıxdıqlarını deyib.

Bərənin batma səbəbi məlum deyil. Şahidlər batmazdan əvvəl bərədə güclü səs gəlməyə başladığını deyib.

Hadisə yerinə gedən prezident Huan Manuel Santos deyib ki, gəminin batmasına artıq yük səbəb olmayıb.

XS
SM
MD
LG