Accessibility links

Kolumbiya prezidenti partlayışda əli olanlar barədə məlumat verənə böyük mükafat vəd edib


Kolumbiya prezidenti Huan Manuel Santos şənbə günü lüks ticarət mərkəzindəki bomba hücumunda əli olanlar haqda məlumat verənə 35 min dollar məbləğinda mükafat təkilif edib.

Boqotanın mərkəzindəki “Centro Andino” ticarət mərkəzində qadınlar üçün ayaqyolunda yerləşdirilmiş bombanın partlaması 3 nəfərin ölümünə, 9 nəfərin isə yaralanmasına səbəb olub.

Ölən 3 nəfərin arasında Boqotanın kasıb məhəlləsindəki məktəbdə könüllü olaraq çalşan fransalı qadın da var.

“Şənbə günü həyata keçirilən qorxaq bir hücumdan sonra kolumbiyalılar birləşməli və biri-birilərinə dəstək olmalıdırlar. Sülh və barışıq yolu ilə biz kolumbiyalılar üçün sülhə nail olmaq yolunda böyük inkişaf əldə etmişik və bu nailiyyətlərin bir dəstə ekstremist, qorxaq, ya da Kolumbiya xalqının birliyini istəməyənlər tərəfindən məhv edilməsinə imkan verməyəcəyik” deyə. Kolumbiya prezidenti bildirib.

Hücumun məsuliyyətini öz üzərinə götürən olmasa da, FARC üsyançıları ilə hökumət arasında sülh razılığına qoşulmaq istəməyən Milli Qurtuluş Ordusundan şübhələnilir.

Dünyaya Baxış

Dünyaya Baxış. Jurnalist Nərgiz Absalamova saxlanılıb
please wait

No media source currently available

0:00 0:10:41 0:00
XS
SM
MD
LG