Accessibility links

Ukrayna hərbçilərinin hüquqları üzrə komissarı: 3000-dən çox ukraynalı əsgər Rusiya əsirliyindədir


Prezidentin Ukrayna Müdafiəçilərinin Hüquqlarının Təminatı üzrə müşaviri Olena Verbitska Almaniyanın RND nəşrinə müsahibəsində bildirib ki, onda olan məlumata görə, hazırda 3392 Ukrayna əsgəri Rusiyanın əsirliyindədir. O, bu rəqəmin Rusiya tərəfindən verildiyini bildirib. Mülki vətəndaşlar da daxil olmaqla 15 mindən çox insan itkin düşmüş hesab olunur.

"Onlara [itkin düşənlərə] nə olduğunu bilmirik - onlar rusların hərbi əsirləridirlərmi, Rusiyanın işğal etdiyi ərazilərdən zorla çıxarılıblarmı, yoxsa çoxdan öldürülüblərmi. Belə qeyri-müəyyənlik xüsusilə yaxınları üçün çətindir", - Verbitskaya deyib.

O qeyd edib ki, Rusiya Cenevrə Konvensiyasını sistemli şəkildə pozaraq Qırmızı Xaç Cəmiyyətinin əsir düşərgələrinə daxil olmasına mane olur. "Və BQXK-nın əməkdaşları giriş əldə edərsə, məhbuslar yeni qeyri-müəyyənlik yaratmaq üçün dərhal başqa yerlərə köçürülür", - komissar əlavə edib.

Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəisi Kirill Budanov bildirib ki, dekabrın 30-na olan məlumata görə, Ukrayna tərəfi 1456 əsgərini əsirlikdən geri qaytara bilib.

Daha əvvəl rusiyalı hüquq müdafiəçisi, “Rusiya Barmaqlıqlar Arxasında” Fondunun rəhbəri Olqa Romanova bildirmişdi ki, ukraynalı hərbi əsirlər mübadilədən imtina barədə imza atmağa razı salındıqdan sonra Rusiya ordusuna cəlb oluna bilər.

XS
SM
MD
LG