Accessibility links

Con Kelli Trampı "axmaq" adlandırdığını inkar edir


Ağ Evin prezident aparatının rəhbəri Con Kelli NBC News kanalında yer alan onun ABŞ prezidenti Donald Trampı “axmaq" adlandırdığına dair xəbərləri inkar edir.

Kelli bazar ertəsi bəyanat yayaraq, prezidentlə arasında inanılmaz dərəcədə səmimi və güclü münasibətinin olduğunu bildirib.

NBC kanalı bazar ertəsi bildirib ki, Kelli bir neçə dəfə Trampın immiqrasiya kimi məsələlərlə bağlı biliklərini tənqid edib və özünü ölkəni Trampın impulslarından qoruyan insan olaraq təsvir edir.

Kellinin inkarına baxmayaraq, bu xəbərin Kellinin Ağ Evdəki gələcəyi ilə bağlı sualları aktuallaşdıracağı gözlənilir.

Ohayoda yerləşən Akron Universitetinin siyasi elmlər professor Deyvid Kohen Kellinin administrasiyadakı aqibəti ilə bağlı narahatlığını ifadə edib və Twitterdə yazdığı mesajda Kellinin bu vəzifədə uzun müddət qalmayacağını deyib.

XS
SM
MD
LG