Accessibility links

ABŞ-ın daxili təhlükəsizlik naziri Trampın müvəqqəti mühacirət qadağası ilə bağlı Konrqesdə ifadə verib


ABŞ-ın daxili təhlükəsizlik naziri Con Kelliç

ABŞ-ın daxili təhlükəsizlik naziri Con Kelli qanunvericilərə deyib ki, o, prezident Donald Trampın ölkəyə qaçqınların qəbul edilməsi proqramının dayandırılması və əhalisinin əksəriyyəti müsəlman olan yeddi ölkədən vətəndaşların ABŞ-a girişinə müvəqqəti qadağaya dair prezident sərəncamının icrasını ləngitməli idi.

ABŞ qanunvericiləri qarşında ifadə verən Con Kelli sərəncamın tez zamanda icrasına görə tam məsuliyyəti öz üzərinə götürüb.

Con Kelli Konqresin Nümayəndələr Palatasının Daxili Təhlükəsizlik komitəsi qarşısında ifadə edib. O, ilk dəfədir Kapitolidə qanunvericilər qarşısında açıqlamlar verir.

Ağ Evin qarşısında Trampın səfərlərə müvəqqəti qadağa ilə bağlı sərəncamına qarşı etiraz aksiyası
Ağ Evin qarşısında Trampın səfərlərə müvəqqəti qadağa ilə bağlı sərəncamına qarşı etiraz aksiyası

Kelli həmçinin deyib ki, administrasiya müvəqqəti səfər qadağasının tətbiq edildiyi ölkələr sırasına başqa ölkələrin əlavə edilməsini nəzərdən keçirmir.
Səfərlərə müvəqqəti qadağa cümə günü Vaşinqton ştatında federal hakim onun federal hökumət tərəfindən icrasını müvəqqəti olaraq qadağan etməsindən sonra dayandırılıb.

Administrasiya qərarla bağlı apellyasiya verib. Federal apellyasiya məhkəməsində şifahi ifadələrlə bağlı dinləmələrin bu gün keçiriləcəyini gözlənilir.

Kelli məhkəmənin administrasiyanın xeyrinə qərar çıxarcağını gözlədiyini bildirib. "Mən inanıram ki, biz üstün gələcəyik və ölkəmizi müdafiə etmək üçün lazım olan addımları ata biləcəyik"- deyə o bildirib.

XS
SM
MD
LG