ABŞ Dövlət Departamentinin yaydığı məlumata görə, martın 22-25-də ABŞ dövlət katibi John Kerry Moskvaya səfər edəcək.
Rusiya rəsmiləri ilə danışıqlarda Suriyadakı vəziyyət, humanitar yardımların çatdırılması, İŞİD-lə mübarizə və s. məsələlər müzakirə olunacaq.
Con Kerrinin Rusiya prezidenti Vladimir Putin və Rusiya xarici işlər naziri Sergey Lavrovla görüşləri planlaşdırılıb.
Xatırladaq ki, bu həftənin əvvəli rəsmi Moskva Suriyadakı qüvvələrini geri çəkdiyini bəyan etmişdi.