Accessibility links

Con Kerri Yaponiyada G-7 görüşündə iştirak edir


Qlobal təhlükəsizlik hədələri ABŞ dövlət katibi Con Kerri və Böyük Yeddilər (G7) qrupunun digər xarici işlər nazirlərinin keçirdiyi görüşün başlıca müzakirə mövzuları arasındadır. İki günlük toplantı Yaponiyanın Hiroşima şəhərində keçirilir.

Cənab Kerri Hiroşimaya Əfqanıstandan gedib. O, II Dünya Müharibəsinin sonlarına yaxın ABŞ-ın atom bombası hücumuna məruz qalan Hiroşima şəhərini ziyarət edən ilk ABŞ dövlət katibidir.

Bu görüş kimi toplantılar fövqəladə beynəlxalq siyasi və təhlükəsizlik hədələrinə cavab vermək və vahid səslə danışmaq üçün mühüm imkan yaradır
Con Kerri

Hiroşima qəzeti olan Chugoku Shimbun-a müsahibəsində cənab Kerri bildirib ki, beynəlxalq sülhə hədə təşkil edən qlobal təhlükələr kollektiv addım atmağı tələb edib.

“Bu görüş kimi toplantılar fövqəladə beynəlxalq siyasi və təhlükəsizlik hədələrinə cavab vermək və vahid səslə danışmaq üçün mühüm imkan yaradır” - deyə dövlət katibi Kerri bildirib.

Əfqanıstana səfər

ABŞ dövlət katibi John Kerry Yaponiyadan öncə Əfqanıstana gözlənilməz səfər edib. Səfərin məqsədi ölkədə böyüyən siyasi böhranın qarşısını almaq məqsədi daşıyıb.

Belə ki, prezident Əşrəf Qanivə icraçı rəhbər Abdulla Abdulla arasında siyasi gərginlik yaşanır.

ABŞ Dövlət Departamentinin sözçüsü Con Körbi deyib ki, Kerri hökumətə və təhlükəsizlik qüvvələrinə Amerikanın köməyini diqqətə çatdıracaq.

Kerri Kabildə Qani və Abdulla ilə görüşüb. Görüşdən sonra onlar birgə mətbuat konfransı keçirib.

ABŞ dövlət katibi Əfqanıstan prezidenti Əşrəf Qani ilə birgə keçirdiyi mətbuat konfransında deyib ki, onlar Talibanı zorakılığa son verib sülh danışıqlarına başlamağa çağırırlar.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG