Accessibility links

Con Kerri Yaxın Şərqə səfər edəcək

ABŞ dövlət katibi Con Kerri bu həftənin bazar günü Yaxın Şərq və Şimali Afrikaya 9 günlük səfərə başlayacaq. Son günlər körfəz krallığını ilə gərginliklər fonunda dövlət katibi Ər-Riyadda Kral Abdulla ilə də danışıqlar aparacaq.

Dövlət Departamentinin sözçüsü Cen Psaki deyib ki, cənab Kerri ortaq problemlərə dair ABŞ və Səudiyyə Ərəbistanının birgə fəaliyyətin vacibliyini dilə gətirərək iki ölkə arasında əlaqələrin strateji xarakter daşıdığı bir daha təsdiq edəcək.

Dövlət katibinin noyabrın 3-dən 11-dək davam edəcək səfərinə İsrail, Betlehem, Əmman, Əlcəzair, Mərakeş və Polşa daxildir.
This item is part of
XS
SM
MD
LG