ABŞ Dövlət katibi Con Kerri çərşənbə günü İsrail-Fələstin sülh prosesinin canlandırılması ümidi ilə bu ay Yaxın Şərqə yenidən səfər edəcəyini bildirib.
Con Kerri Fələstin prezidenti Mahmud Abbas və İsrailin Baş naziri Benyamin Netanyahu ilə ayrı-ayrılıqda danışıqlar aparacağını deyib. Dövlət katibi Kerri bu açıqlamaları Romada İsrailin Ədliyyə naziri Tzipi Livni ilə görüşdən öncə verib. Tzipi sülh danışıqlarında iştirak etmək səlahiyyətlərinə malikdir.
Sülh danışıqları 2008-ci ildən durğunluq vəziyyətindədir. Fələstin rəsmiləri İsrailin İordan çayını Qərb sahili və Şərqi Qüdsdə yaşayış məntəqələrinin salınmasını dayandırmayana qədər sülh danışıqlarına qatılmayacalqarını bildiriblər. İsrail danışıqlara qeyd-şərtsiz başlamaq istəyir.