Accessibility links

Con Kerri velosipeddən yıxılaraq ayağını sındırıb


ABŞ dövlət katibi Con Kerri velosiped idarə edərkən yıxılaraq ayağını sındırdıqdan sonra bazar ertəsi ABŞ-a dönüb.

Kerri bazar günü İsveçrə sərhədindən 40 kilometr aralıda Fransanın Sionzier şəhərində qəzaya uğradıqdan sonra İsveçrənin Cenevrə şəhər xəstəxanasına çatdırılıb.

Dövlət Departamentinin sözçüsü Con Kirbi dünən deyib ki, Kerri bazar günü axşam ABŞ-a dönməyi planlaşdırırdı. Lakin hadisədən sonra müayinə olunmaq üçün o gecəni xəstəxanada keçirib.

Kirbi dövlət katibinin əhval-ruhiyəsinin əla olduğunu və prezident Barak Obama da daxil olmaqla bir neçə şəxsə zəng etdiyini bildirib.

Omba sümüyünü sındıran Kerri müalicəsini Bostonda davam etdirəcək. Sözçü deyib ki, sınmış yer bundan əvvəlki sınığa yaxın yerdə olduğundan Kerrini əvvəlki əməliyyatı aparan həkim müalicə edəcək.

Kerri iyulun 30-dək başa çatdırılmasına möhlət qoyulmuş İranla nüvə razılığını müzakirə etmək üçün İsveçrədə İranın xarici işlər naziri Məhəmməd Cavad Zəriflə danışıqlar aparırdı.

XS
SM
MD
LG