Accessibility links

Con Kerrinin Asiyaya səfəri davam edir


ABŞ dövlət katibi Con Kerri Vaşinqtonun Asiyaya yönəlik diplomatik, iqtisadi və hərbi siyasətini yenidən balanslaşdırmağı nəzərdə tutan səfərinin bir hissəsi kimi bu həftə Vyetnama səfər edir.

Dövlət katibi bəyan edib ki, Birləşmiş Ştatlar regiondakı ölkələrin su məkanına nəzarətə kömək üçün əlavə 32 milyon dollar ayıra bilər. Bu yardımın 18 milyon dolları Vyetnam üçün nəzərdə tutulub.

Hanoyda keçirilən mətbuat konfransında dövlət katibi Çini Şərqi Çin dənizində Yaponiya ilə mübahisəli adalar üzərindəki yeni havadan müdafiə zonasına görə tənqid edib. O, Pekinə xəbərdarlıq edib ki, Çin heç bir yerdə təktərəfli addımlar atmağı nəzərdən keçirməməlidir.

Cənab Kerri 1968-ci ildə hərbi dəniz zabiti kimi Cənubi Vyetnamda xidmət edib və senator kimi bu ölkəni 13 dəfə ziyarət edib. Bu, onun ABŞ diplomatı kimi ilk səfəridir.
Dövlət katibi kerri Vyetnamdan Filippinə yola düşəcək.

Dünyaya Baxış

Dünyaya Baxış. Tofiq Yaqublu döyülməsi ilə bağlı prokurorluqda ifadə verib
please wait

No media source currently available

0:00 0:11:46 0:00

Amerika İcmalı

Amerika İcmalı - 3 Dekabr 2021
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG