Accessibility links

Con Kerrinin Moskva səfəri - Suriya və Ukrayna diqqətdə [Video]


Con Kerrinin Moskva səfəri - Suriya və Ukrayna diqqətdə
please wait

No media source currently available

0:00 0:02:07 0:00

Con Kerrinin Moskva səfəri - Suriya və Ukrayna diqqətdə

Dövlət katibi Con Kerri bildirib ki, Suriya prezidenti Bəşər Əl-Əsədin taleyi ilə bağlı Birləşmiş Ştatlarla olan fikir ayrılıqlarına baxmayaraq, Rusiya Suriya böhranının siyasi həllinin tapılması səylərində “konstruktiv” iştirak edib. Parisdə keçirilən iqlim dəyişikliyi sammitindən kənarda Kerri gələn həftə Suriya, habelə Ukraynadakı vəziyyətlə bağlı danışıqlar aparmaq üçün Moskvaya səfər etməyi nəzərdə tutur.

Bizim məqsədimiz bütün tərəflərin dəstəkləcəyəciyini bildirdiyi bir keçidi asanlaşdırmaqdır, yəni vahid, məzhəbçi olmayan, gələcəkdə Birləşmiş Millətlər Təşkilatının müşahidəsi altında keçiriləcək seçkilərdə öz rəhbərliyini seçəcək bir Suriya qurmaqdır
Con Kerri

Con Kerri may ayında həm Suriya böhranı, həm də Rusiyanın Ukraynaya təcavüzünü müzakirə etmək üçün Rusiyaya səfər etmişdi.

Bu görüş Suriya münaqişəsinin həm hərbi, həm də diplomatik yolla həlli üçün bir sıra səylərin aparıldığı bir dövrdə baş tutacaq.

“Bizim məqsədimiz bütün tərəflərin dəstəkləcəyəciyini bildirdiyi bir keçidi asanlaşdırmaqdır, yəni vahid, məzhəbçi olmayan, gələcəkdə Birləşmiş Millətlər Təşkilatının müşahidəsi altında keçiriləcək seçkilərdə öz rəhbərliyini seçəcək bir Suriya qurmaqdır.”

Həm ABŞ-ın başçılıq etdiyi koalisiya, həm də Rusiya Suriyadakı yaraqlı hədəflərinə qarşı hava hücumları həyata keçirsə də, diqqət mərkəzində Rusiyanın Suriya prezidenti Bəşər Əl-Əsədi dəstəkləməsi qalır.

Bəziləri münaqişəin həllinə yönəlmiş səylərin məhdud olacağından narahatdır.

“Mən İŞİD-ə qarşı mübarizə kimi məsələ istisna olmaqla, Rusiya və ABŞ-ın Suriya ilə bağlı gündəmində heç bir ortaq məsələ görmürəm.”

BMT-nin bildirdiyinə görə, 2014-cü ildə Rusiyanın dəstəklədiyi separatçılar və hökümət qüvvələri arasında iğtişaşlardan bəri Ukraynada 9 mindən çox insan həlak olub.

Mən İŞİD-ə qarşı mübarizə kimi məsələ istisna olmaqla, Rusiya və ABŞ-ın Suriya ilə bağlı gündəmində heç bir ortaq məsələ görmürəm.

Kerrinin bölgəyə səfəri isə iki ölkə arasında əldə olunan atəşkəsin artıq qüvvədən düşmək əlamətlərini göstərdiyi ərəfədə baş tutucaq.

“Sentyabrın 1-dən insidentlərin sayı artıb, atəşkəs hər iki tərəfdən, əsasən isə Rusiya tərəfindən bir neçə yüz dəfə pozulub.”

Bu ay Brüsseldə keçirilən NATO xarici işlər nazirlərinin görüşündə Kerri ABŞ-ın Rusiyanın beynəlxalq razılığa əsasən Ukraynanın şərqində müharibəni dayandırmasına və ölkədən ağır silahların çıxarılmasına dair çağırışlarını bir daha dilə gətirib.

Dünyaya Baxış

Dünyaya Baxış. Tramp Ağ Ev aparat rəhbərinin adını açıqladı
please wait

No media source currently available

0:00 0:10:02 0:00
XS
SM
MD
LG