Accessibility links

Con Makkeyn: Bizim dəyərlərimiz bizim ən böyük gücümüzdür


ABŞ Senatoru Con Makkeyn Tramp administrasiyasının xarici siyasətini tənqid edərək onu dünya boyu insan haqları pozulmasına kifayət qədər diqqət yetirməməkdə ittiham edib.

The New York Times qəzetində dərc etdiyi məqalədə Respublikaçı senator ABŞ-ın insan haqları məsələsində öz mövqeyini bildirməli, “azadlığın bəşər övladının fundamental hüququ olması” fikri əsasında ölkənin təşəkkül tapdığını dərk etməyə borclu olduğunu bildirib.

Xarici siyasətə sövdələşmə kimi baxmaq onun tərəfdarları dərk etdiyindən daha təhlükəlidir. Bizim dəyərlərimiz bizim ən böyük gücümüz və nemətimizdir.

Arizona ştatını təmsil edən senator Dövlət Katibi Reks Tillersonun ABŞ xarici siyasətinin dəyərlərə köklənməsinin bəzən milli maraqlara maneələr törətməsi haqda dediklərini tənqid edib.

“Bu sözlərlə cənab Tillerson dünyada zülm altında inləyən millətlərə mesaj göndərib: 'Ümid yeri kimi Birləşmiş Ştatlara baxmayın. Biz öz siyasətimizi dəyərlərimiz yox, maraqlarımız üzərində qururuq.'”

Makkeynin sözlərinə görə, "əgər realizm dedikdə onlar dünyanı idealda necə görmək istədiyimiz kimi yox, olduğu kimi görməli olduğumuzu nəzərdə tuturlarsa, yanılırlar.” Senatorun sözlərinə görə realizmlə idealizmin bir-birləri ilə uzlaşmadıqlarını güman etmək düzgün deyil.

İnsan haqları dövlətdən yüksəkdə, tarixin fövqündə dayanır.

"İnsan haqları dövlətdən yüksəkdə, tarixin fövqündə dayanır. Onları bir hökumət ala bilmədiyi kimi, digəri də verə bilməz. Bu haqlar insanın qəlbində yer alıb, və orada onlar məhdudlaşdırıla bilər, amma heç vaxt söndürülə bilməz," Con Makkeyn yazır.

Senator bildirib ki, adamların insan haqları tələb etməsi reallıqdır, və bu reallıqları onlara inkar etmək yalnız qəzəb doğurur.

ABŞ Dövlət Katibi Reks Tillerson xarici siyasətdə milli maraqların üstün tutulmasını vurğulayıb.
ABŞ Dövlət Katibi Reks Tillerson xarici siyasətdə milli maraqların üstün tutulmasını vurğulayıb.

“Xarici siyasətə sövdələşmə kimi baxmaq onun tərəfdarları dərk etdiyindən daha təhlükəlidir. Bizim dəyərlərimiz bizim ən böyük gücümüz və nemətimizdir.”

Arizonalı senator Tramp administrasiyasını bir neçə məsələdə - o cümlədən mühacirətlə bağlı sərəncamlara və Putin Rusiyası ilə daha yaxşı münasibətlərə can atdığına görə tənqid edib. Makkeyn həmçinin işgəncənin qanunuliyi ilə bağlı prezidentlə mübahisəyə girmiş və təsdiq dinləmələri zamanı Tillersona yalnız ilıq dəstək vermişdi.

XS
SM
MD
LG