Accessibility links

Barak Obama: “Makkeyn mənim tanıdığım ən cəsur döyüşçülərdən biridir” [Video]


Con Makkeynin çox ağır gəncliyi olub. O, ABŞ hərbi-dəniz qüvvələrinin pilotu olduğu zaman Vyetnamda, Hanoy gölü yaxınlığında vurulmuşdu. Növbəti 5 gün Makkeyn müharibə məhbusu olub və işgəncələrə məruz qalıb. Bu, onun sevimli mövzularından deyil.

Amma Makkeyn, həmin hadisədən sonra Vyetnama 20 dəfə etdiyi səfərlər haqqında danışmağı sevir. Bu səfərlər zamanı Makkeyn Vyetnamda həlak olmuş ABŞ hərbçilərin cənazələrini evə gətirmək üçün səylər göstərib. O, Amerikanın Səsinə keçən il bu barədə danışmışdı.

“İlk növbədə, mən bizim münasibətlərin normallaşması üçün çox çalışmışam. Mən mühabirəbin yaralarını sağaltmaq istəmişəm. Mən orada qalmış və vətənə geri dönə bilməyən veteranları geri gətirmək üçün əlimdən gələni etmişəm. Sizə hətta onu da deyə bilərəm ki, xeyli sayda veteran öz ailələrini Vyetnama apararaq, harada xidmət etdiklərini onlara göstəriblər. Hal-hazırda mövcud olan ABŞ və Vyetnam xalqları arasındakı münasibətlər heç zaman bundan daha yaxşı olmayıb.”

Makkeyn Senatın güclü Hərbi Qüvvələr Komitəsinin respublikaçı sədri və ABŞ ordusunun sadiq dostudur. O həm də, siyasi rəqibləri - demokratlarla iqlim dəyişikliyi, əhatəli immiqrasiya islahatı və seçki kampaniyaların maliyyələşməsi islahatlarında birlikdə çalışıb.

Makkeyn ABŞ prezidentliyi yarışına iki dəfə qoşulub. 2008-ci ildə, o, respublikaçıların namizədi olaraq Barak Obamaya qarşı prezident seçilmək uğrunda mübarizə aparırdı. Seçkilərə bir neçə həftə qalmış Makkeyn rəqibini təhqir etməyə çalışan dəstəkçisini dayandırmışdı.

“İştirakçı: O ərəbdir.

“Makkeyn: Yox, xanım. O ləyaqətli bir insan, ailə adamı və vətəndaşdır. Bizim sadəcə fikir ayrılıqlarımız var.”

Makkeynin beyin xərçəngi diaqnozu xəbəri yayılandan sonra, ilk reaksiya verən insanlardan biri məhz Obama oldu. O tvitterdə belə sözlər yazdı:

“Con Makkeyn Amerika qəhrəmanı və mənim tanıdığım ən cəsur döyüşçülərdən biridir. Xərçəngin kiminlə üz-üzə gəldiyindən xəbəri yoxdur. Ona yerini göstər, Con!”

Eyni ifadələr prezident Donald Tramp və Makkeynin həmkarlarından da gəldi. Hamı onun tezliklə işə qayıtmasını diləyir.

XS
SM
MD
LG