Accessibility links

Con Kerri: Müstəqil medianın, müxbirlərin fiziki və siyasi təzyiqə məruz qalması bir həqiqətdir


ABŞ Dövlət katibi Con Kerri yanvarın 28-də “The Washington Post” qəzetinin yeni baş qərargahının açılışında çıxış edib. Dövlət katibi çıxışında jurnalistlərin və müstəqil medianın dünyadakı mühüm rolunu qeyd edib.

“The Washington Post” qəzeti ABŞ prezidentinin qanundan üstün olmadığını sübut edib”, - deyən Kerri dünyada həqiqəti yayan jurnalistlərin üzləşdiyi qətllər, oğurlanmalar, ələ alınmalardan danışıb.

“Dünyada baş verənlər haqqında öyrənmək həvəsi bizim soyumuzdadır”, dövlət katibi qeyd edib.

ABŞ Dövlət katibinin çıxşının ABŞ-ın Azərbaycan səfirliyi tərəfindən Azərbaycan dilində d'rc olunmu. mətnini təqdim edirik:

Əminliklə deyə bilərəm ki, bu gün mediada çalışan bir çox insanların həqiqəti dilə gətirməsi, güclü maraqlara qarşı müqavimət göstərə bilməsi, məhz “The Washington Post” qəzetinin, hətta Birləşmiş Ştatlar Prezidentinin belə qanundan üstün olmadığını sübut etməsi sayəsində mümkün olmuşdur.

Sonuncu dəfə “The Washington Post” qəzeti özünün yeni baş qərargahının açılışını qeyd edəndə 1972-ci il idi və həmin vaxt baş vermiş hansısa bir oğurluq hadisəsini işıqlandırdığına görə Ağ Ev bu qəzeti sərt şəkildə tənqid edirdi. Bundan bir il öncə isə Nikson administrasiyası “Pentaqon sənədləri” adlı məxfi materialların nəşrinin dayandırılmasına ciddi-cəhdlə səy göstərirdi. Bizim bir çoxumuz üçün bu, siyasi həyatımızın və ümumilikdə həyatımızın formalaşdığı bir dövr idi. Əminliklə deyə bilərəm ki, bu gün mediada çalışan bir çox insanların həqiqəti dilə gətirməsi, güclü maraqlara qarşı müqavimət göstərə bilməsi, məhz “The Washington Post” qəzetinin, hətta Birləşmiş Ştatlar Prezidentinin belə qanundan üstün olmadığını sübut etməsi sayəsində mümkün olmuşdur.

Beləliklə, siz yeni bir evə daxil olursunuz, bura özünüzlə şərəfli və mürəkkəblə boyanmış bilik və təcrübə gətirirsiniz – bu təkcə Vudvard və Bernstaynla bağlı deyil, eyni zamanda Qrinfild, Broder, Makqrori, Buçvald, Herblok, Poviç, Raspberri, Bredli və bir çox digərləri ilə bağlıdır. Məhz bütün bunları siz özünüzlə birlikdə bura gətirirsiniz. Sizin gətirdiklərinizin arasında başqa bir şey də vardır. Siz, gələcəyin və bir Dövlət Katibi kimi mənim səfər etdiyim bir çox ölkələrdən fərqli bir gələcəyin müəyyən olunmasında maraqlı olduğunuzu və buna bağlı olduğunuzu özünüzlə gətirirsiniz.

Bu quruculuq fəaliyyətinə olan sədaqət jurnalistikanın gələcəyinə, qəzetlərin gələcəyinə olan inamı işıqlandırır. Müasir dövrümüzdə gələcəkdən xəbər verənlərin fikirləri barədə çoxlarımız eşidirik, yeni texnologiyalar sayəsində ənənəvi jurnalistikanın yox olduğu barədə fikirlər səslənir.

Öz fəaliyyətimlə əlaqədar olaraq qeyd edə bilərəm ki, - bu yaxınlarda bu barədə Davosda korrupsiya və uğursuzluğa düçar olmuş və iflas etməkdə olan dövlətlərlə bağlı müzakirələrdə də qeyd etmişdim – həqiqətin işıqlandırılması və faktların məlum olması mütləq şəkildə böyük əhəmiyyət kəsb edir, çünki belə olmasa insanlar yalan uydururlar və istədikləri təbliğatı yeridə bilirlər.

Onlar bir faktı unudurlar ki, həqiqəti bilmək, hər bir şey barəsində məlumatlı olmaq həvəsi insan DNK-sının bir hissəsini təşkil edir. Dünyada baş verənlər haqqında öyrənmək həvəsi bizim soyumuzdadır, bəlkə də bu, xüsusilə biz amerikalıların DNK-sındadır. Bu həvəs, istər bu peşəyə yeni gələn, istərsə də bu sahədə öz sözünü demiş hər bir jurnalistin qanındadır. Öz fəaliyyətimlə əlaqədar olaraq qeyd edə bilərəm ki, - bu yaxınlarda bu barədə Davosda korrupsiya və uğursuzluğa düçar olmuş və iflas etməkdə olan dövlətlərlə bağlı müzakirələrdə də qeyd etmişdim – həqiqətin işıqlandırılması və faktların məlum olması mütləq şəkildə böyük əhəmiyyət kəsb edir, çünki belə olmasa insanlar yalan uydururlar və istədikləri təbliğatı yeridə bilirlər. Bütün bunların isə müasir dövrümüzdə baş verən böyük zərərli təsirlərinin şahidi olmuşuq.

Biz, məlumatın olmadığı bir mühitdə nələrin baş verdiyini və bu vəziyyətdən istifadə edən diktatorların, demaqoqların, zalımların daha da gücləndiyini müşahidə edirik. Susmaq, cinayət və korrupsiyanın bütöv bir ölkəni məhv etməsinə imkan yaradır. Cahillik demaqoqlara hər bir şeyinə əksini, qaranın ağ olduğunu inandırmağa imkan verir, onlara görə fərqli düşünən bir şəxsdən sadəcə müsahibə almaq dövlətə xəyanətə bərabərdir və hətta bəziləri iddia edirlər ki, günahsız bir insanın zorlanması və qətlə yetirilməsi Tanrının çağırışıdır.

Cahillik demaqoqlara hər bir şeyinə əksini, qaranın ağ olduğunu inandırmağa imkan verir, onlara görə fərqli düşünən bir şəxsdən sadəcə müsahibə almaq dövlətə xəyanətə bərabərdir və hətta bəziləri iddia edirlər ki, günahsız bir insanın zorlanması və qətlə yetirilməsi Tanrının çağırışıdır.

Hamınız bilirsiniz ki, hazırda biz qlobal inteqrasiya dövründə yaşayırıq. Sosial medianın və saysız-hesabsız kameraların, məlumat mənbələrinin sayəsində biz çoxlu məlumat alırıq və əvvəllər olduğundan daha çox xəbərdar oluruq. Mənim və sizin peşəkar fəaliyyətinizdə, biz daima fundamental faktların şübhə altına alındığı və kiminsə həqiqəti üzə çıxartmalı olduğu məqamlarla rastlaşırıq. İndi həqiqət hər bir yerdə uydurmalarla mübarizə aparır və bir-biri ilə rəqabət aparan uydurmalar biri-digərinə qalib gəlir, ilk zərbəni isə siyasi həyatdakı obyektivlik alır və çox vaxt bu zərbələr davam edir.

Məhz həqiqəti müəyyən etmək mübarizəsi bu binaya qədəm qoyur və burada əsas məqsəd bu böyük ənənənin davam etdirilməsidir. Həqiqətin müəyyən olunması Ərəb-İsrail münaqişəsinin əsasında dayanır. Bu, sünni və şiə, ekstremizm və din arasındakı fərqin müəyyən olunmasının əsasında dayanır. Bu, Rusiya və Ukrayna arasındakı böhranın əsasını təşkil edir. Bu, Cənubi Çin dənizindəki münaqişənin əsasında dayanır. Qəribə də, olsa bu, bir çoxlarının son dərəcə nifrətlə qarşıladığı terrorçuların yaydıqları uydurmalarda öz əksini tapır və bəziləri üçün hələ də cəlbedici görünür.

Təkcə ötən ildə 71 nəfər media işçisi öz peşə fəaliyyətini yerinə yetirərkən qətlə yetirilmiş və təxminən 200 nəfər isə həbs edilmişdir.

Beləliklə bu, çox qiymətli bir təşəbbüsdür və icazənizlə bəzi müşahidələrimi sizinlə paylaşmaq istərdim. Təkcə ötən ildə 71 nəfər media işçisi öz peşə fəaliyyətini yerinə yetirərkən qətlə yetirilmiş və təxminən 200 nəfər isə həbs edilmişdir. Bu baxımdan ən təhlükəli ölkə Suriya olmuşdur və öz peşəsini layiqincə yerinə yetirən Antoni Şadid 2012-ci ildə bu ölkədə həyatını itirmişdir. Burada iştirak edən hər bir kəsə məlum olduğu kimi Şadid – o, "The Washington Post” qəzetində ad qazanmışdı, eyni zamanda Bostonda da çalışmışdı – hadisələrin istiqaməti və əhəmiyyəti ilə bağlı ənənəvi ehtimallara qarşı çıxmaq və yaxud gündəlik hadisələri işıqlandırıb onları təsdiq etmək, aydınlıq gətirmək, xəbərdarlıq etmək kimi müstəsna istedada malik idi. Məhz bu, jurnalistikanın böyük üstünlüyüdür. Bu cür əhəmiyyətli hadisələri təqib etdikcə onu, İordan çayının Qərb sahilində güllə ilə yaraladılar, Liviyada oğurlayıb işgəncə verdilər, Livanda təqib etdilər və bütün bunlara baxmayaraq o, vətəndaş müharibəsi haqqında məlumat vermək üçün gizlincə Suriyaya daxil olmuşdu.

Yaşadığımız dövrdə öz həyatını itirən müxbirlərin təxminən üçdə-ikisi öz peşə fəaliyyətlərini həyata keçirdiklərinə görə deyil, məhz bu peşənin sahibi olduqlarına görə öldürülürlər. Onlar yazılarına görə hücumlara məruz qalırlar, şahidi olduqlarını işıqlandırmasınlar deyə susdurulurlar və yaxud kimlərsə öz məqsədlərinə çatmaq üçün onları oğurlayırlar. Əksər hallarda isə bu cür hadisələri törədən cinayətkarlar heç zaman tapılmır.

İllər öncə mən Vyetnamda olduğum vaxt, vaxtaşırı hər hansı bir jurnalistin öldürüldüyü, həyatını itirməsi barədə oxuyurdum və yaxud eşidirdim. Demək olar ki, hər zaman səbəb hər hansı bir bədbəxt hadisə olurdu, kimsə atışmada həyatını itirirdi, başqa biri isə minaya düşürdü. Məncə bu hadisələri fərqləndirən onların mahiyyətcə gizli şəkildə baş verməsi idi. Bu gün isə bu belə deyil. Əvvəllər jurnalistləri nadir hallarda təqib edirdilər. Bu gün isə onlar daima təqibə məruz qalırlar. Yaşadığımız dövrdə öz həyatını itirən müxbirlərin təxminən üçdə-ikisi öz peşə fəaliyyətlərini həyata keçirdiklərinə görə deyil, məhz bu peşənin sahibi olduqlarına görə öldürülürlər. Onlar yazılarına görə hücumlara məruz qalırlar, şahidi olduqlarını işıqlandırmasınlar deyə susdurulurlar və yaxud kimlərsə öz məqsədlərinə çatmaq üçün onları oğurlayırlar. Əksər hallarda isə bu cür hadisələri törədən cinayətkarlar heç zaman tapılmır.

Bağdadın cənub qərbində təriqətlər arasında baş verən zorakılıqları işıqlandırarkən 2007-ci ilin oktyabr ayında Salih Saif Aldin güllə ilə vurulmuş və qətlə yetirilmişdi. Onu qətlə yetirənin kimliyi hələ də məlum deyil. Bunun səbəbini isə sadəcə ehtimal etmək olar. Bundan bir neçə il öncə isə o, “The Washington Post” qəzetindəki rəhbərinin təkidi ilə yaşadığı doğma şəhəri Tikritdən köçmüşdü, çünki buradakı korrupsiyalaşmış rəsmilər onun başını gətirənə mükafat vəd vermişdilər. Budur jurnalistikanın fədakarlığı. Salihin həmkarları onu heç zaman ən çətin tapşırıqdan belə qorxmayan, cəsur müxbir kimi xatırlayırlar və o, öz sevdiyi peşəsi uğrunda həyatını itirdi, o, yaydığı informasiyanın iztirab içərisində olan ölkəsinin parlaq gələcəyə qovuşmasına kömək edəcəyinə ümid edirdi.

Biz artıq 21-ci əsrə qədəm qoymuşuq, lakin təxminən hər altı nəfərdən yalnız biri mətbuatın sözün əsl mənasında azad olduğu bir ölkədə yaşayır.

Bu gün müstəqil medianın – müxbirlərin, televiziya jurnalistlərinin, fotoqrafların, bloqqerlərin, hətta karikaturaçıların belə, istər fiziki, istərsə də siyasi cəhətdən daima təzyiqə məruz qaldıqları bir həqiqətdir. Biz artıq 21-ci əsrə qədəm qoymuşuq, lakin təxminən hər altı nəfərdən yalnız biri mətbuatın sözün əsl mənasında azad olduğu bir ölkədə yaşayır.

Bu baxımdan sıraları birləşdirmək vəzifəsi, bizim, sizin və azadlıq müdafiəçilərinin üzərinə düşür. Burada ilk növbədə onu qeyd etmək lazımdır ki, öz vətəndaşlarına inandıqlarını deməyə icazə verməyən və yaxud onları hadisələr və həyatlarına təsir edən qərarlar haqqında öyrənmək hüququndan məhrum edən heç bir ölkə iddialarından və nailiyyətlərindən asılı olmayaraq özünü güclü hesab edə bilməz. Burada xüsusi olaraq vurğulamaq istəyirəm, azad və müstəqil mətbuata sahib olmayan bir ölkə heç nəyi ilə öyünə bilməz, nəyisə öyrədə bilməz və əsla öz potensialından yararlana bilməz.

Burada xüsusi olaraq vurğulamaq istəyirəm, azad və müstəqil mətbuata sahib olmayan bir ölkə heç nəyi ilə öyünə bilməz, nəyisə öyrədə bilməz və əsla öz potensialından yararlana bilməz.

Müxbirləri hədələyən və yaxud onları həbs edənlərə qarşı biz birlikdə müqavimət göstərməliyik, yüksək səslə və aydın şəkildə bildirməliyik ki, jurnalistika peşəsinin həyata keçirilməsi və həqiqətin işıqlandırılması əsla cinayət deyil. Bu, bir şərəf rəmzidir. Bu, ictimai fəaliyyətdir.

Bu baxımdan mən fəxr edirəm ki, hər gün Amerika səfirlikləri və konsulluqları həbs edilmiş və yaxud hədə-qorxu ilə üzləşən jurnalistlərin adından cavab tələb edirlər, etirazlarını səsləndirirlər və cavabdehliyin təmin olunmasına nail olurlar, mən fəxr edirəm ki, Dövlət Departamenti və USAİD [ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi] tərəfindən 30-dan çox ölkədə müstəqil medianı dəstəkləyən proqramlar həyata keçirilir.

Mən eyni zamanda fəxr edirəm ki, Tomas Ceffersonun dövründən indiyə qədər bizim ölkəmiz planetin hər hansı bir digər ölkəsi ilə müqayisədə ifadə və düşüncə azadlığı baxımından daha çox qarşılıqlı etimad qazanmışdır.

Dövlət Katibi kimi mənim sizin müharibə və münaqişə müxbirlərinizə olan ən böyük arzum odur ki, elə bir vaxt gəlsin onlar yazmağa və məlumat verməyə heç nə tapmasınlar.

Beləliklə, bu gün biz, mətbuat azadlığı tarixində özünün müstəsna şərəfli yerini qazanmış bir qurumun yeni baş qərargahının açılışını qeyd edirik. Bu hadisə elə bir dövrdə baş verir ki, xüsusilə jurnalistlərə azadlıq mövzusu hələ də aktualdır, ədalət və həqiqət uğrunda mübarizə planetin hər bir qitəsində həyata keçirilir. Dövlət Katibi kimi mənim sizin müharibə və münaqişə müxbirlərinizə olan ən böyük arzum odur ki, elə bir vaxt gəlsin onlar yazmağa və məlumat verməyə heç nə tapmasınlar. Mən əminliklə bizim xalqımız adından çıxış edərək sizə gördüyünüz işlərə görə minnətdar olduğumuzu deyə bilərəm. Mən, “The Washington Post” ailəsinin hər bir üzvünə təşəkkür edirəm, sizi təbrik edirəm, qoy Tanrı sizi qorusun və hifz etsin. Evinizə xoş gəlmisiniz, Ceyson.

Dünyaya Baxış

Dünyaya Baxış. Qadın hüquqları fəalı azyaşlının zorlanmasına etiraz edib
please wait

No media source currently available

0:00 0:10:01 0:00

Amerika İcmalı

Amerika İcmalı - 15 Oktyabr, 2021
please wait

No media source currently available

0:00 0:29:08 0:00
XS
SM
MD
LG