Accessibility links

Nümayəndələr Palatası və Senat uğrunda mübarizənin nəticələri hələ ki, bəlli deyil


Viskonsində seçki işçiləri ara seçkilərində səsləri hesablayırlar. 8 noyabr 2022.
Viskonsində seçki işçiləri ara seçkilərində səsləri hesablayırlar. 8 noyabr 2022.

ABŞ Prezidenti Co Baydenin vəzifə müddətinin geri qalan hissəsində yürütmək istədiyi siyasətin taleyi qeyri-müəyyən olaraq qalır. Belə ki, hazırda ölkə növbəti iki il ərzində Konqresə hansı partiyanın nəzarət edəcəyini müəyyən edəcək ara seçkilərin nəticələrini gözləyir.

Çərşənbə günü olan məlumata görə, Senatdakı bir neçə yer uğrunda mübarizənin nəticələri hələ ki, tam məlum deyil, digər yerlərdə isə hazırda vəzifədə olan və namizədliklərini yenidən irəli sürən siyasətçilər öndə gedir.

Umulikdə Respublikaçılar dalğasının gəldiyi və rəqib partiyanın Nümayəndələr Palatasında gözləndiyindən daha az yer qazanacaqları gözlənilir. Ancaq onlar Konqresin aşağı palatasına nəzarət etmək üçün kifayət qədər səs toplaya bilərlər.

Nümayəndələr Palatasındakı hər 435 yer, Senatdakı isə 35 yer uğrunda mübarizə gedir. Hazırda Senatda eyni sayda Demokrat və Respublikaçı var və vitse-prezident Kamala Harris də bərabərliyi pozmaq üçün Demokratların lehinə səs verə bilir. Bu səbəbdən də Respublikaçılar çoxluğu ələ keçirmək üçün ən azı bir yeri qazanmalıdırlar.

Adətən hökumətin həm qanunverici həm də icraedici qoluna nəzarət edən partiyalar ara seçkilərdə Konqresdə yer itirirlər. Bir çox Konqres dairələrində sərhədlər ya Respublikaçılara, ya da Demokratlara yersiz üstünlük vermək üçün müəyyən edilib ki, bu da rəqib partiyadan olan namizədlərin hazırda vəzifədə olana qalib gəlməsini çətinləşdirir.

Çərşənbə axşamı keçirilən seçki günündən öncə 45 milyondan çox insan erkən seçkidə itirak edərək, ya şəxsən ya da poçt vasitəsilə səs verib. Bəzi təhlilçilər ölkə boyu 2018-ci ildə qeydə alınan rekord 115 milyondan daha çox insanın səs verəcəyini təxmin edir.

Bir çox ştatda seçicilərə seçki bülletenində abort, idman mərcləri və marixuananın hüquqi statusu kimi məsələlərlə bağlı suallar verilib. Kaliforniya, Miçiqan və Vermontda seçicilər abort hüquqlarını ştat konstitusiyalarına daxil edən təşəbbüsləri təsdiqləyiblər. Merilenddə seçicilər marixuananı leqallaşdırmağa səs veriblər, ancaq bir neçə başqa ştatda bəznər təkliflərin qəbul olunmayacağı gözlənilir.

İki ştatda isə tarix yazılıb. Belə ki, Merilenddə ilk qaradərili qubernator seçilib. O, Demokrat Ves Mordur. Massaçusetsdə isə ilk qadın qubernator və ölkənin ilk açıq lesbiyan ştat icraçısı seçilib. O da Demokratlar partiyasından Maura Hilidir.

Arkanzasda Trampın prezident müddətində Ağ Evin mətbut katibi olmuş Republikaçı Sarah Hakabi Sanders gözlənildiyi kimi qubernator seçilib. Onun atası Mayk Hakabi də on il boyunca həmçin ştatın qubernatoru vəzifəsində çalışıb.

Bir digər mühüm ştat olan Floridada isə Ron DeSantis asanlıqla yenidən qubernator seçilib. Bəzi Respublikaçılar DeSantisə 2024-cü il seçkisi üçün Respublikaçı namizədlər arasında yarışda keçmiş Prezident Donald Trampa qarşı mübarizə aparması üçün təzyiq göstərirlər. DeSantis də Ağ Evə namizədliyini irəli sürəcəyini istisna etməyib.

Florida sakini olan Tramp çərşənbə axşamı ştatın qubernator vəzifəsi uğrunda keçirilən seçkidə DeSantisə səs verdiyini deyib, ancaq o, DeSantisin Ağ Evə namizədliyini açıq şəkildə pisləyib. Tramp seçkidən bir gün öncə Ohayoda keçirilən seçki kampaniyasında noyabrın 15-də böyük açıqlama edəcəyini deyib. Siyasi analitiklər onun 2024-cü il üçün prezidentliyə namizədliyini irəli sürəcəyini təxmin edirlər.

Respublikaçıların nəzarət etdiyi iki ştat-Missuri və Floridada rəsmilər federal Ədliyyə Departamenti rəsmilərinin səsvermə hüquqlarının mümkün pozuntularına görə səsverməni izləmək üçün seçki məntəqələrinə daxil olmalarına icazə verməyiblər. Hər iki ştatın yüksək vəzifəli seçki rəsmiləri Ədliyyə Departamentinin səsvermə məntəqəsinı müşahidəçi göndərmək səlahiyyətini sorğulayıb.

Həm Respublikaçı həm də Demokratlar partiyası hər hansı pozuntunun olub-olmadığını müəyyən etmək üçün Birləşmiş Ştatlar boyu bir çox yerdə səsverməni müşahidə edib, baxmayaraq ki, ABŞ-da faktiki seçki saxtakarlığı çox cüzidir. Ədliyyə Departamenti də Missuri və Floridadan başqa 24 ştatda federal səsvermə hüququ qanunlarına riayət olunduğuna nəzarət edib.

Seçicilərin ağlında iqtisadiyyat və abort var

Pew Araşdırma Mərkəzinin bu yaxınlarda keçirdiyi sorğunun nəticələri göstərir ki, ABŞ-da seçicilərin dörddə üçü bu il seçkidə onların əsas narahatlıqlarının iqtisadiyyat olduğunu bildirib.

"Faiz dərəcələri, ev bazarı, benzinin qiyməti, marketlərdə ərzaqların çox, çox baha olduğunu görürük, bəzi şeylər var ki, onları artıq heç tapmaq mümkün deyil. Bu, çox böyük bir narahatlıqdır" , ABŞ-ın cənub-şərqində yerləşən Corciya ştatından seçici Amanda Duqlas Amerikanın Səsinə bildirib.

Ali Məhkəmə iyun ayında federal abot hüququna son qoymağa qərar verdikdən sonra, sosial məsələlər də bəzi seçicilərə motivasiya olub.

"Məncə Roe v. Wade və ya abotla bağlı şəxsi düşüncələrindən asılı olmayaraq hər kəsin səhiyyə xidmətlərində çıxışı olmalıdır" , Corciyadan seçici Teresa Allmend Amerikanın Səsinə bildirib.

Hazırda vəzifədə olan Demokrat senator Rafael Uornok ilə onun Respublikaçı rəqibi Herşek Uolek arasında qızğın səsvermə, heç bir namizəd səslərin 50 faizini qazanmadığı təqdirdə ikinci raunda keçə bilər. Bundan əlavə çərşənbə səhər saatlarına ola məlumata görə, Arizona və Nevada da Senatdakı yer uğrunda səsvermədə namizədlər arasındakı fərq çox azdır.

XS
SM
MD
LG