Accessibility links

Dramaturq və rəssamın son layihəsi qaçqınlar üçün yemək hazırlamaqdan ibarətdir


Dramaturq və rəssamın son layihəsi qaçqınlar üçün yemək hazırlamaqdan ibarətdir
please wait

No media source currently available

0:00 0:02:56 0:00

Merilend ştatının sakini olan Skot Koen uzun illər karyerası boyu dramaturq və rəssam kimi çalışıb. Amma onun son layihəsi qaçqınlar və miqrantlar üçün yemək hazırlamaqdan ibarətdir. Skot Koen ABŞ-Meksika sərhəddində Huarezdə miqrantlar üçün isti yeməklər bişirir.

Bir neçə ay əvvəl o, Ukraynadan olan qaçqınlar üçün yemək hazırlayırdı.

Merilend ştatında yaşayan rəssam "Burning Man" festivalı və Nyu-Yorkda tamaşalar üçün instalyasiyalar yaradırdı. Amma o, bu həyəcanı 2022 -ci ildə arxada qoyaraq, ehtiyacı olan insanlara yemək hazırlamaq qərarına gəlib. Skott Koen: "Gənc olanda evdə yemək bişirirdim, çünki valideynlərim işləyirdi. İlk tapdığım iş aşpazlıq oldu".

Koen əvvəlcə sığınacaqda qalan evsizlər sakinlər üçün yemək bişirirdi. Sonra o, Ukraynaya getməyə qərar verib. O, Lviv vilayətində məcburi köçkün olan ukraynalılar üçün sığınacağa çevrilmiş kilsəyə gedib. "Keşiş orada idi, telefon vasitəsilə məndən niyə gəldiyimi, ailəm, dostlarım, Ukrayna ilə əlaqələrimin olub-olmadığını soruşdu. Mən "xeyr, yoxdur, ehtiyacı olan insanları düşündüyüm üçün gəldim" dedim. O, məndən soruşdu ki, "bunu nəyə görə edirsən?"

Koen sığınacaqda hər gün azı 60 nəfər üçün səhər yeməyi, nahar və şam yeməyi hazırlayırdı. O öz pulu ilə ərzaq almaq üçün Lvivin yerli bazarına gedirdi. "İnansanız da, inanmasanız da, xüsusən də həftədə 2-3 dəfə getdiyim üçün bazardakılar məni tanıyırdı və "əlavə bir torba tərəvəz var" və ya bu bağlamanı götür, bu səbətdə pomidor var", ya da "burada əlavə balıq və ya ət var" deyirdilər."

Keşiş İvan Koltun: "Onun burada olması bizim üçün çox vacib idi, çünki bu, bizə ümid verirdi. Biz tək deyilik, dünya arxamızdadır, başqa insanlar bizimlə maraqlanır. O gedəndə hamı ağladı. Hamı ona heyran idi."

Koenə yardım edən təşkilat yoxdur. O bütün xərcləri dostları və tanışlarının yardımı ilə özü qarşılayır. "Mənim çox gözəl dostlarım və ianə vermək istəyən tanımadığım insanlar var. Bu o qədər də baha başa gəlmir. Mən ərzaq almağı bilirəm. Mən yemək bişirməyi bilirəm və bu yolla töhfə vermək istədim."

Koen dindar olmadığını və siyasətdən uzaq olduğunu deyir. O, sadəcə bu dünyanı daha yaxşı bir yerə çevirmək istəyir.

Dünyaya Baxış

Dünyaya Baxış.Qubad Ibadoğlu ev dustaqlığına buraxılıb
please wait

No media source currently available

0:00 0:11:22 0:00
XS
SM
MD
LG