Accessibility links

Mərcan qayaları təhlükədədir


Günəşdən qoruyucu kremlər xərçəng xəstəliklərinin ən təhlükəlisi olan dəri xərçəngi riskini 50 faiz azaldır. Lakin yeni araşdırmaların nəticələri göstərib ki, bu, kremlərin tərkibindəki Oksibenzon dünya boyu onsuz da təhlükədə olan sualtı mərcan (koral) qayalarına böyük ziyan vurur.

Mərkəzi Florida universitetinin apardığı araşdırmaların nəticələri “Archives of Environmental Contamination and Toxicology” jurnalında dərc edilib.

Araşdırmalar zamanı Havayda və Karib hövzəsində mərcan qayalarının olduğu sular təhlil edilmiş və həmin sularda Oksibenzon konsentrasiyasının yüksək səviyyədə olduğu aşkar edilib.

Oksibenzon dərinin qorunmasında istifadə edilən kremlərin ən vacib inqridiyentlərindəndir. Lakin o, suyun altındakı mərcan qayalarını zədələyir.

Araşdırmaların nəticələrinə görə, bu kimyəvi maddə nəinki mərcanı öldürür, hətta yaşlı mərcan köklərini belə zədələyir.

XS
SM
MD
LG