Accessibility links

Hollivud ulduzu Corc Kluni və onun həyat yoldaşı Amalın sözçüsü cütlüyün əkizlərinin dünyaya gəlişi haqda məlumat verib. Məlumatda həm də bildirilir ki, uşaqların adları Ella və Aleksanderdir.

Sten Rosenfeld bildirib ki, ana və əkizlər “sağlam, xoşbəxt və özlərini yaxşı hiss edirlər”. Sözçü zarafatla əlavə edib ki, 56 yaşlı Oskar qalibi olan ata “yorğundur və bir neçə günlük istirahətə ehtiyac duyur.”

Uzun illər Hollivudun ən məşhur subayı olmuş Kluni Livan əsilli britaniyalı olan və beynəlxalq insan hüquqları vəkili həyat yoldaşı ilə 2013-cü ildə tanış olub. Bir il sonra onlar Venesiyada evləniblər. Əkəzilər onların ilk övladlarıdır.

Elandan sonra sosial mediada cütlüyə çoxlu sayda təbriklər ünvanlanıb. Çərşənbə axşamı “Ella və Alexander” ABŞ Twitter istifadəçiləri arasında ən çox istifadə edilən sözlər olub.

İnternet istifadəçiləri valideynlərin uşaqları üçün belə adlar seçməsini təqdir ediblər. Belə ki, son zamanlar ulduzlar arasında uşaqlara qeyri-adi adlar vermək trendi var. Belə adlara misal olaraq Apple, Audio, Bronks, North West və Rocketi göstərmək olar.

XS
SM
MD
LG