Accessibility links

Corc Kluni fransız jurnalına qəzəblənib


Fransız dilində dərc edilən Voici jurnalı aktyor Corc Kluninin xəbəri olmadan o və onun həyat yoldaşı Amalın əkiz uşaqlarının şəklini jurnalda dərc etdirib. Və aktyor bundan bərk qəzəblənib.

Kluni deyilənə görə E! News-a “Ötən həftə Voici jurnalının fotoqrafları bizim evdə çəpərə çıxıb, oradan ağaca dırmaşaraq bizim körpələrin şəklini qanunsuz çəkib. Heç şübhələri olmasın, fotoqraflar, agentlik və jurnal qanunun bütün bəndləri üzrə ittiham olunacaqlar. Uşaqlarımızın təhlükəsizliyi bunu tələb edir” deyə bildirib.

Mesaj aydındır. Kluni bərk qəzəblənib. Və ulduz kimi bütün gücündən istifadə edərək fotoqrafları bu kimi işlərinə görə yerlərində oturtmağa çalışacaq.

Həqiqətən də fotoqrafların ulduzları izləməsi normaldır, amma körpələri hədəf almaq artıq qeeyri-peşəkarlıqdır.

XS
SM
MD
LG