Accessibility links

Corc Mayklın ölümünün səbəbi araşdırılıb


Corc Maykl ürək və ciyər xəstəliyindən vəfat edib.

Milad bayramı günü yatağında keçinmiş 53 yaşlı ulduzun miokardit, yəni əksər hallarda infeksiyanın səbəb olduğu ürək və ya onun ətrafında iltihabdan əziyyət çəkirdi.

Ekspertizanın nəticələri göstərib ki, ölümün dəqiq səbəbi ürəyin əzələsinin genişlənməsi və bunun nəticəsində bədənə gedən qanın azalmasıdır. Bu isə genetik səbəbdən və ya hədsiz miqdarda spirtli içkidən istifadə etmək nəticəsində baş verə bilər.

Bütün bunlara baxmayaraq onun ölümündə spirtli içkinin rol oynayıb- oynamadığı aydın deyil.

Corcun uzun illər spirtli içki və narkotik maddəyə aludəlikdən əziyyət çəkdiyi sirr deyildi. Və ölümünə bir neçə ay qalmış onun çəkisinin həddindən artıq artdığı aydın hiss edilirdi.

İndi müğənninin cəsədi torpağa tapşırılmaq üçün ailəsinə qaytarılacaq.

XS
SM
MD
LG