ABŞ-ın Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Corc Mitçell İsrailin baş naziri Benyamin Netanyahu və Fələstin prezidenti Mahmud Abbasla danışıqlar keçirir. Bu həftəni regionda keçirən cənab Mitçell Fələstinin İsraillə birbaşa danışıqlarda qalmasına çalışır. Bazar günü İsrailin İordan çayının qərb sahilində inşaat işlərinə dair moratoriumunun müddəti başa çatır. Fələstinlilər sülh danışıqlarının davam etdirilməsi üçün moratoriumu əsas şərt kimi irəli sürür. Mahmud Abbas gələn həftə ərəb rəsmilərlə məsləhətləşdikdən sonra danışıqlar barədə qərarını açıqlayacağını deyir. Ərəb Liqasının əvvəlcə bazar ertəsi gününə təyin edilən toplantısı çərşənbə gününə keçirilib.