Accessibility links

Avstraliya kardinalı 50 il həbs cəzası ilə üzləşə bilər


Avstraliya kardinalı Corc Pell 20 il əvvəl iki azyaşlı xor üzvünə seksual təcavüzdə günahkar bilindikdən sonra hökmünün çıxarılmasını gözləyir.

Münsiflər məhkəməsi Pelli dekabr ayının 11-də günahkar tanısa da, bu işlə bağlı çərşənbə axşamına qədər hər hansı bir məlumatın yayılmamasını istəmişdi.

Uşaqlara qarşı cinsi təcavüz ittihamı irəli sürülən yüksək səviyyəli katolik ruhani Pell bazar ertəsi Melborndakı məhkəmədən çıxarkən insanların hiddəti ilə üzləşib.

Məhkəmə qarşısına toplaşanlar “Sən cəhənnəmdə çürüyəcəksən! Heyvan! Sən bir kabussan!”- deyə, bağırıb.

77 yaşlı Pell heç bir söz demədən maşına minib. Çərşənbə günü başlayacaq məhkəmənin çıxaracağı hökmə əsasən Pelli 50 il həbsxana cəzası gözləyir.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG