Accessibility links

Azərbaycanda koronavirusa 1029 yeni yoluxma faktı qeydə alınıb


Son gündə Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 1029 yeni yoluxma faktı qeydə alınıb, virusa yoluxanlardan 2680 nəfər sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxan 24 nəfər də vəfat edib.

Açıqlamaya görə, indiyədək ölkədə ümumilikdə 480843 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 451727-i sağalıb, 6457-i vəfat edib, aktiv xəstə sayı 22659-a düşüb.

Bildirildiyinə görə, son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar ölkədə 9151, ötən müddət ərzində isə ümumilikdə 4823654 test aparılıb.

2019-cu ilin sonlarında dünyada yeni koronavirus aşkar edilib. 2020-ci il martın 11-də Dünya Səhiyyə Təşkilatı koronavirusu pandemiya elan edib. Dünyada sürətlə yayılan bu virusdan indiyə qədər 4,7 milyondan çox şəxsin vəfat etdiyi açıqlanıb.

XS
SM
MD
LG