Accessibility links

Urmiyə məhkəməsi nümayişlərlə əlaqədar 5 nəfərə qarşı 3 ildən 5 ilə qədər həbs hökmü çıxarıb


Urmiyə İnqilab Məhkəməsi
Urmiyə İnqilab Məhkəməsi

Urmiyədə kütləvi nümayişlər ilə əlaqədar dördü qadın olmaqla 5 vətəndaşın 3 ildən 5 ilə qədər həbs cəzasına məhkum olunduğu bildirilir.

İnsan haqları üzrə fəaliyyət göstərən HRA agentliyinin xəbərinə görə, Urmiyə İnqilab Məhkəməsi nümayişlər lə əlaqədar nəzarət altına alınmış Sarina Qərabət, Faizə Cavadi, Şiva Kiyanfər, Parsa Dəsmalçı və Sonya Sutudə haqqında həbs hökmü çıxarıb.

İnqilab Məhkəməsinin 3-cü şöbəsinin çıxardığı qərara əsasən, Sarina Qərabət və Faizə Cavadi 5 il, Şiva Kiyanfər və Parsa Dəsmalçı 4 il, Sonya Sutudə isə 3 il həbs cəzasına məhkum olunublar.

Agentliyin məlumatına görə, bu vətəndaşlar “milli təhlükəsizliyi pozmaq məqsdədilə toplaşmaq və əlbir olmaq” və “İslam Respublikası nizamına qarşı təbliğat fəaliyyəti göstərmək” ittihamları ilə hakim qarşısına çıxarılıblar.

Sosial şəbəkələrdə yayılan məlumata görə, Urmiyə Universitetinin mühəndislik fakültəsində təhsil alan Şiva Kiyanfər sentyabr ayında ümummilli nümayişlərin ilk günlərində nəzarət altına alınıb və həftələr sonra zəmanətlə sərbəst buraxılıb.

XS
SM
MD
LG