Boston Marafonu zamanı Cövhər Tsarnayev 2013-cü ilin aprelində keçirilən yarışda üç nəfərin ölümünə və yüzlərlə insanın yaralanmasına səbəb olan bomba partlayışını qardaşı Tamerlanla birlikdə həyata keçirdiyini etiraf edib. Hökmünün oxunmasından öncə çıxış edən 21-yaşlı çeçenəsilli Tsarnayev insanlara yaşatdığı ağrılara görə təəssüf hissi keçirdiyini bildirib. Tsarnayevin həbsindən bəri ilk ictimai bəyanatı tənqidlərə yol açıb.
O bir insandırdır. Mərhəmətimin dərəcəsin bilməsəm də, ikinci şansa inandığımı bilirəm.. və mən onunla göz-gözə gələndə, bir cinayətkara baxdığımı hiss etmədimZərərçəkən
Ölüm cəzası əleyhdarları çərşənbə günü Bostonda Tsarnayevin hökmü oxunduğu məhkəmə qarşısında nümayiş keçiriblər.
Zərərçəkənləri və qurbanların ailələrini dinlədikdən sonra Tsranyev Allahın rəhmini diləyib və törətdiyi cinayətə görə üzr istəyib. Daha sonra hakim Corc O’Tul rəsmi şəkildə Tsarnayevə qarşı çıxarılmış ölüm hökmünü oxuyub.
Prokuror Karmen Ortiz deyib ki, Tsrnayevin çıxışında söylənməyənlər diqqətəlayiqdir.
“O terrorizm ideyasını, şiddətli ekstremizmi rədd etmədi və onun şərhləri Allaha və Allahın görüşləri ilə uyğun idi ki, bu, onun dediklərinə dini ton verirdi. Məhkəmə zalında hakim O’Tulun da dediyini kimi bu cinayətdə İslamla bağlı heç nə yox idi.”
Məhkəmədə Tsarnayevi dinləyən zərərərçəkənlər də onu tənqid ediblər, bəziləri isə onun çıxışının səmimi olmağı ilə bağlı şübhələrini dilə gətiriblər. Partalyış zamanı ciddi beyin sarsıntısı keçirən Henri Borqard digərləri ilə müqayisə də daha rəhmlidir.
“O bir insandırdır. Mərhəmətimin dərəcəsin bilməsəm də, ikinci şansa inandığımı bilirəm.. və mən onunla göz-gözə gələndə, bir cinayətkara baxdığımı hiss etmədim. Mən bir balaca oğlana baxdığımı hiss etdim- çünki bir neçə gün sonra mənim 24 yaşım olacaq və o, məndən kiçikdir.”
Cövhər və onun qardaşının 2013-cü ilin 15 aprelində Boston Marafonunun finiş xəttinə yaxın yerləşdirdiyi bombalar ərazini qanlı qırğın səhnəsinə çevirdi. 2 qadın və bir uşaq həlak oldu, 17 nəfər isə ayaqlarını itirdi. Liz Nordenin iki oğlu partlayış zamanı ayaqlarını itiriblər.
“Mən ailəm üçün ədalət istəyirdim və bu ədaələtin də ölüm cəzasının olduğuna inanırdım.”
Tsarnayevin müdafiə heyətinin hökmə etiraz edəcəyi gözlənilir ki, bu proses uzun sürəcək. 1988-ci ildə ölüm cəzası bərpa olunduqdan sonra dövlət səviyyəsində sadəcə üç ölüm hökmü icra edilib.