Accessibility links

Tədqiqat: J&J COVID-19 peyvəndindən sonra Pfizer və Moderna gücləndirici dozası vuranların immunitet gücü daha çox olur


Milli Səhiyyə İnstitutu (NIH) tərəfindən aparılan tədqiqatlar göstərib ki, Johnson & Johnson COVID-19 vaksini alan insanlar Pfizer və ya Moderna peyvəndinin gücləndirici dozasından istifadə etdiyi zaman daha güclü immun reaksiyasına sahib olur.

İlkin və ekspert rəyindən keçməyən araşdırma ABŞ-da J&J-in COVID-19 peyvəndinin gücləndirici dozasından istifadə etmək səylərinin sonuncusudur.

Pfizer, Moderna və ya Johnson & Johnsondan 450-dən çox yetkinin peyvəndləndiyi araşdırma müxtəlif tipli "qarışdırmış və uyğunlaşdırılmış" gücləndirici dozalarının böyüklər üçün təhlükəsiz olduğunu göstərib.

Moderna və Pfizer peyvəndləri mRNA texnologiyasına, J&J-də virus vektoru texnologiyasına əsaslanır.

Bu kəşf ABŞ Ərzaq və Dərman İdarəsinin (FDA) məsləhətçi qrupu Moderna və J&J peyvəndləri üçün gücləndirici dozanın üstünlüklərini müzakirə etmək üçün bu həftənin sonunda bir araya gəlməyə hazırlaşdığı bir vaxta təsadüf edir.

Çərşənbə günü FDA rəsmiləri həyəcan təbili çalaraq bildirib ki, J&J şirkətinin gücləndirici doza üçün tənzimləyici təqdimatının az sayda nümunə ölçülərinə və təsdiqlənməmiş testlərə əsaslanır.

ABŞ səhiyyə işçiləri Ağ Evin əksər yetkinlər üçün keçən aydan etibarən gücləndiricilər hazırlamağı planlaşdırdığını elan etməsindən bəri J&J və Moderna COVID-19 peyvəndlərinin gücləndirici dozaları ilə bağlı tövsiyələr vermək üçün təzyiq altındadır.

NIH-in tədqiqatı ilk peyvəndləmədə istifadə edilən eyni vuruşla gücləndirilmiş könüllülərin təhlükəsizlik və immun cavablarını fərqli növ vuruş alan könüllülərlə müqayisə edib.

Araşdırmada deyilir ki, gücləndirici üçün dozaların qarışdırılması və uyğunlaşdırılması ilkin vaksinasiyada görüldüyü kimi yan təsirlər əmələ gətirir və heç bir ciddi təhlükəsizlik problemi yaratmır.

ABŞ-da icazə verilən üç COVID-19 peyvəndi üzərində aparılan araşdırma göstərib ki, müxtəlif növ vaksinlərdən istifadə eyni tipli peyvənddən daha çox anticisim reaksiyası ortaya çıxarır.

Tədqiqatçılar araşdırmada yazırlar ki, gücləndirici dozaların qarışdırılması "hazırda mövcud olan peyvəndlərlə əldə edilən qorunmanın genişliyini və uzunömürlülüyünü optimallaşdırmaq üçün immunoloji üstünlüklər təqdim edə bilər".

XS
SM
MD
LG