Accessibility links

Alimlər koronavirusun çox yoluxucu "Delta Plus" variantının mutasiyasını yaxından izləyir


Dünya tədqiqatçıları koronavirusun çox yoluxucu Delta variantının mutasiyasını yaxından izləyir.

İsrailin səhiyyə rəsmiləri bu həftənin əvvəlində Moldovadan 11 yaşlı bir oğlan uşağının Tel-Əvivin Ben Qurion aeroportuna gəlməsindən sonra AY.4.2 olaraq bilinən sub-variant testinin nəticəsininin müsbət çıxdığını təsdiqləyib. Uşağın dərhal təcrid edildiyi və vəziyyətinin yaxşı olduğu deyilib.

"Delta plus" adlandırılan AY.4.2 sub-variantı Britaniya, Rusiya və ABŞ-da artıq aşkar edilib. Lakin elm adamları bunun 2021-ci ilin üçüncü rübündə bütün dünyada yeni yoluxmalara və ölümlərə səbəb olan orijinal versiyadan daha çox yoluxucu olub-olmadığını və peyvəndlərə davam gətirib-gətirməyəcəyini müəyyən etməyib.

AY.4.2 variantı Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən "maraq doğuran variant" və ya "narahatlıq doğuran variant" olaraq təsnif edilməyib.

Bu arada Reuters xəbər agentliyi Hindistanın Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən dəstəklənən qlobal peyvənd təşəbbüsü COVAX-a COVID-19 peyvəndi tədarükünü gecikdirdiyini bildirib.

Serum İnstitutu vasitəsilə dünyanın ən böyük peyvənd tədarükçüsü olan Hindistan Delta variantının yeni infeksiyaların və ölümlərin artması, xəstəxanaların dolması səbəbilə aprel ayından bəri ixracatı dayandırıb.

Serum İnstitutu COVAX-ın Banqladeş kimi ölkələrə iki dozalı AstraZeneca peyvəndinin yüz milyonlarla dozasını tədarük etmək üçün müqaviləyə malikdir.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG