Accessibility links

Dünyada 119,5 milyondan çox insan COVID-19-a yoluxub


Johns Hopkins Koronavirus Resurs Mərkəzindən verilən məlumata görə, 119,5 milyondan çox insan COVID-19-a yoluxub. Siyahıya ən çox yoluxma halı ilə Amerika Birləşmiş Ştatları (29,4 milyon) başçılıq edir.

Braziliya 11.4 milyon və Hindistan 11.3 milyon ilə ABŞ-dan sonra gəlir.

ABŞ koronavirus peyvəndi tədarük edir və ölkə əhalisinin demək olar ki, iki qatına çatacaq qədər doza əldə etməyı planlaşdırır.

Amerika ehtiyac duyulan yerləri koronavirus peyvəndləri ilə təmin etmək üçün hazırlanmış beynəlxalq proqram Covax-a 2 milyard dollar da daxil olmaqla, bir neçə peyvənd təşəbbüsünün maliyyə öhdəliyini üzərinə götürüb.

Keçən həftə ABŞ, Avstraliya, Hindistan və Yaponiya 2022-ci ilin sonuna qədər Asiyada 1 milyard peyvənd hazırlamaq üçün razılıq əldə edib.

Təşəbbüs qlobal peyvənd çatışmazlığına qarşı mübarizə və Çinin Cənub-Şərqi Asiyada və dünya miqyasında peyvənd paylamaq üçün artmaqda olan diplomatik kampaniyasına qarşı irəli sürülüb.

İordaniyanın Səhiyyə naziri 7 COVID-19 xəstəsinin öülümündən sonra istefa verib. Dövlət mediası ölümlərə oksigen çatışmazlığının səbəb olduğunu xəbər verib.

Vaksin tədarükü rəqabəti Çinin Honq Konqdan ölkəyə giriş edən xarici vətəndaşların Çinin istehsal etdiyi vaksinləri vurduqları təqdirdə onların girişinə iacazə verəcəyini elan etməsindən sonra başlayıb.

Çin kağız işlərini azaltmaqla vaksinlərinə qlobal tələbatın artacağına ümid edir. Pekin xaricdə istehsal edilən vaksinlərin ölkədə tətbiqinə icazə vermir.

İtaliya sentyabr ayınadək əhalisinin 80 faizinin vaksinasiyadan keçəcəyinə ümid etdiyini bildirib.

Avropa İttifaqının dərman tənzimləyicisi olan Avropa Dərman Agentliyi (EMA) Johnson & Johnson-un tək dozalı COVID-19 peyvəndindən şərti istifadəni təsdiqləyib.

Bu addım Aİ-nın yavaş irəliləyən peyvəndləmə kampaniyasını sürətləndirməyə və tədarükü artırmağa kömək edə bilər.

Johnson & Johnson Pfizer-BioNTech, AstraZeneca və Moderna-dan sonra Aİ-da istifadə üçün təsdiqlənmiş dördüncü peyvənddir. EMA bu vaksini 18 yaş və yuxarı şəxslər üçün istfadə edilməsini tövsiyə edir.

Amerika İcmalı

Amerika İcmalı - 24 Sentyabr 2021
please wait

No media source currently available

0:00 0:28:23 0:00
XS
SM
MD
LG