Accessibility links

COVID dövründəki ofislər


COVID dövründəki ofislər
please wait

No media source currently available

0:00 0:02:02 0:00

İnfoqrafiya, girişdə qızdırmanın ölçülməsi, infra-qırmızı lampalar və liftlərin mobil app-lə idarə olunması - bütün bunlar COVID-dən sonra ofislərdə həyata keçirilən ciddi dəyişikliklər olacaq. ABŞ-da insanlar evdən işləməyə davam etdikləri üçün ofislərin əksəriyyəti boş qalıb və memarlar yeni ofis standartları üzərində işləməklə məşğuldurlar.

JBG SMITH şirkəti hazırda Şimalı Virciniya ştatında Amazon-un HQ2 adlı korporativ qərargahını inşa edir. JBG Smith şirkətinin vitse-prezidenti Devid Ritçi: "Layihəmizə baxsanız, ardıcıllıqla hazırlandığını görərsiniz. Beləliklə, biz dizaynımızı lobbidən başlayırıq. Bütün bu işarələr lobbiyə edəcəyimiz əlavələrdir.”

Mütəxəssisləri ən çox narahat edən böyük yerlərdir. Hər gün yüzlərlə insan ofislərə getmək üçün lift düymələrini basır, qapı dəsrəklərini tutur. Xüsusi mobil tətbiqetmələr (App-lar) işçilərə liftlərdən əllərini vurmadan istifadə etmələrinə imkan verə bilər. Amerika Memarlıq İnsitutundan Endryu Bennet: “Dəyişikliklər daimi olacaq, elə deyilmi? Ən vacib şeylər "binadakı toxunma nöqtələri"dir. Bunlar girişlər, liftlər, tualet otaqları və dincəlmək üçün olan bölglərdir. Beləliklə, hazırda araşdırdığımız şey toxunması minimuma endirməkdir."

Pandemiyadan əvvəl əsas diqqət ofis binalarında mümkün qədər çox işçi üçün yerlərin olmasına verilirdi. Ancaq yeni reallıqla o prioritetlər dəyişir. İşçilər daha çox ofisdə olmamağa təşviq edilə bilər.

Daşınmaz əmlak üzrə mütəxəssislər pandemiyadan sonra ofislərə tələbatın xeyli aşağı düşə bilərcəyini düşünür. Belə ki, bir çox insan evdən işləməyə davam edəcək və mövcud ofis binalarına ehtiyac qalmayacaq.

Twitter-in baş direktoru Cek Dorsi pandemiya bitdikdən sonra da bütün işçilərinin qeyri-müəyyən müddət evdən işləyə biləcəyini deyib. Microsoft və Zillow kimi digər texnologiya nəhənglərinin də bunu edəcəyi gözlənilir.

Dünyaya Baxış

Dünyaya Baxış. Putin heç bir təsirli müxalifət olmadan seçkilərdə qalib gəlib
please wait

No media source currently available

0:00 0:11:28 0:00
XS
SM
MD
LG