Accessibility links

Britaniyalı alim növbəti pandemiyanın daha ağır ola biləcəyi barədə xəbərdarlıq edib


Oxford-AstraZeneca COVID-19 peyvəndini yaradan alimlərdən biri yeni virus təhlükələrinə qarşı tədqiqatlar və hazırlıqlar üçün daha çox pul ayrılmadığı təqdirdə növbəti pandemiyanın daha yoluxucu və daha ölümcül ola biləcəyi barədə xəbərdarlıq edib.

Professor Sara Gilbert bazar ertəsi edəcəyi çıxışından əvvəl verdiyi şərhində deyib ki, “ölümcül viruslarla mübarizədə əldə edilən elmi nailiyyətlər mövcud pandemiya ilə mübarizənin bahalığına görə itirilməməlidir”.

"Bu, həyatımızı və dolanışığımızı təhdid edən son virus olmayacaq. Həqiqət budur ki, növbəti daha ağır ola bilər. Bu, daha yoluxucu, daha ölümcül və ya hər ikisi ola bilər" - deyə, Sara Gilbert bildirib.

Gilbertin bunları bazar ertəsi axşam BBC-nin ilk müharibə müxbiri və Britaniyada televiziya xəbərlərinin qabaqcıl aparıcılarından biri olan mərhum Riçard Dimblebinin adını daşıyan televiyiya məruzəsində deyəcəyi planlaşdırılır.

Gilbert hətta COVID-19 təhlükəsi azaldıqdan sonra belə, hökumətləri elmi tədqiqatlara və pandemiyaya hazırlığa sadiqliklərini ikiqat artırmağa çağırmağa hazırlaşır.

XS
SM
MD
LG